Alicənablıq: seks, qadınlar, xəyanət...

  • Sevgi
Dünya dəyişsə də müəyyən təməl prinsiplər dəyişilməz qalır. Bunlar əsasən əlxaqla, etik qaydalarla bağlı prinsiplərdir. Bunlardan biri də centlmen, yəni alicənab olmaqla bağlı qaydalardır. Müasir dövrümüzdə alicənablıq qaydalarının daha mövcud olmadığını düşünə bilərik, amma bu hər kəsin özündən asılır. Hər bir kişi centlmen olmalıdır, çünki bundan daha yaxşı bir şey yoxdur.
1. Dürüst olun və niyyətinizi nədirsə, onu bəlli edin.
Sevgili olmağı düşünmürsünüzsə, bunu ona deyin. Axtardığınız şey başqadırsa, zatən bu münasibət alınmayacaq, aldatmağın mənası yoxdur. Qadınlar əşya deyil, fərddir. İstifadə edib atacağınız insanlar deyillər. Əgər bir gecəlik münasibət axtarırsınızsa, bunu əldə etmək üçün yalan danışmağınıza ehtiyac yoxdur. Küçədə sizin kimi düşünən və kağız üzərində qələbə əldə edə biləcəyiniz xeyli qadın var.
Davamı →

Xaraktersiz kişilər

Çətin proseslərdən keçirik. Ölkədə külli miqdarda problem var. Xalq olaraq problemlər dəryasındayıq və 90 faizimiz üzə bilmir. Batmaq üzrəyik. Düzdür, hələ batmamışıq. Vücudları vicdan və ədalət duyğuları ilə dolu əzmkar insanların mənəvi qolları və təşəbbüsü hesabına bizi tam batıra bilməyiblər. Onlar bir çoxumuz üçün də təhlükəsizliyi təmin edən hava balonu rolunu oynayırlar. Ümid edirəm, uduzan, batan tərəf biz olmayacağıq.

Bu cür batmağımıza səbəblər o qədər çoxdur ki… Tənbəllik, laqeydlik, yaltaqlıq, qorxaqlıq, ümumi passivlik – bu ünsürlərin hər biri öz-özlüyündə bu gün bizə bu sularda üzməyimizə mane olan, ağırlıq yaradan şeylərdir.

Sadaladığım ünsürlərin hər biri insanın bütövləşməsinin qarşısını alır və onun həyat dənizində batmasına xidmət edir. Bu xoşagəlməz şeyləri, üzərində daşıyan insan isə çox zəif xarakterli və ya xaraktersiz biri sayılır.
Davamı →

İdeal kişi

Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir.

Əslində bunu bir çoxu qəbul etməsə də, reallıq ondan ibarətdir ki, istənilən münasibətdə iki nəfərdən biri mütləq dominant olur. Burda xüsusi xəyali tərəzi ilə mizana gələcək bölgü yoxdur ki, münasibətdəki dominantlıq əlli-əlliyə bölünsün. Həmişə bir nəfərin sözü daha keçərli olur. İstənilən halda münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilər. Bu sıxıntını daha çox elə qadının özü çəkir. Çünki qadınlar daha çox xaraktercə güclü kişiləri sevirlər. Bu, onlarda təkamülün ilkin çağlarından qalma irsi haldır. 
Davamı →

Kişi var ki, kişidir, amma kişiynən işi yox | Baba Pünhan

Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox.

Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox...

Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi,
Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.

Kişi var, arvadının xeyli vişindən buraxıb,
Kişi var, arvadının dövri-qədimdən vişi yox.

Kişi var, Azərbaycanda beşindən biridir,
Kişi var ki, evində biri vardır, beşi yox.

O qədim Ankarada Pünhana erkək dedilər,
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.


Davamı →