Klassik kitablardan mənalı sitatlar | Kitab sözləri

 

İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.

-Altı Nömrəli Palata, Anton Çehov

 


 

Sən mənə baxanda ,danışanda ,oxuyanda mən hiss edirəm ki, yaşayıram …
Oblomov, İvan Gonçarov

 

Daha o gün anlamışdım mən ömürüm boyu səninlə sınanacaqdım. Çünki insan daim ən sevdiyiylə sınanar..
Çalıquşu, Reşat Nuri Güntekin

 

Yeri gələndə kəpənək qanadları kimi incə, bəzən isə polad kimi sərt olmaq lazımdır.
Ağ diş, Jack London

 

Sənin sayəndə ilahi sevginin, şübhənin və qısqanclığın nə demək olduğunu bildim,öz gücünə və əbədiliyinə sığınan arxayın sevgini daddım.
Vadidəki zanbaq, Honore de Balzac


Davamı →

Klassiklərin duyulması - Cavanşir YUSİFLİ

M.F.Axundzadə Azərbaycan bədii təfəkkürü tarixində müasir ədəbiyyata yön, özündən əvvəlki ədəbiyyata münasibətdə «işarə düşmənçiliyinə yol» verən bir fiqurdur. Azərbaycan ədəbiyyatşünaslığının demək olar ki, bütün nəsilləri onun «Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır» fikrinin «tilsimini» açmağa, bu ibarəyə özünəməxsus izah verməyə çalışmış, ancaq sonda demək olar ki, hamı eyni fikrə gəlmişdir: bu məqamda Axundov böyük səhvə yol vermişdir. Yəni bu mülahizə ilə bağlı «Axundzadənin səhvini» görmək asan olsa da, bunun arxasında Azərbaycan bədii təfəkkür tarixinin hansı problemlərinin durmasını incələmək demək olar, heç kəsin ağlını məşğul etməmişdir. Ancaq… məşğul etsə də, etməsə də, bu problem, bu qovğa sayəsində dünya standartları səviyyəsində Azərbaycan nəsri yaranıb formalaşmışdır. Həm də yeni dövr, yeni ədəbiyyat klassika ilə qovğadan doğmuşdur.

Davamı →

Ədəbi tənqidə yanaşma meyarının yeniliyi

Qürbət Mirzəzadənin ilk mətbu yazısını 1987-ci ildə «Bakı» qəzetində oxumuşam. Seyid Hüseynin 100 illik yubileyindən hazırlanan material idi. Onun cümlələrindəki fikir ardıcıllığı, dəqiqlık, səliqə xoşuma gəlmişdi. Qəzetçilikdən bilirdim: yazı dilinin səliqəsi anadangəlmə bir şeydir, o, adi bir məsələ deyil. Qürbətin ilk yazısında bunları hiss etdim.
O zaman Qürbət Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 4-cü kursunda oxuyurdu. O, ədəbi tənqid qrupunda bu sahəni özü üçün ixtisas seçmişdi. Sonralar Qaradağ rayonunun ümumtəhsil məktəblərində müəllim işləyəndə də mətbuatla təmasını qoruyub saxladı: o, yazmağı sevir və bacarırdı, bu işdən zövq alırdı. 1998-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna işə girəndə artıq filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, on il pedaqoji stajı var idi.

Davamı →