Kredit kartlar və elektron hesablaşma haqqında

İqtisadi münasibətlərin yeni formasına keçid bank sisteminin dəyişilməsi və hesablaşmaların yeni proqram formalarının tətbiqinə gətirib çıxartdı. Ilk olaraq banklar bank kartlarını işləyib hazırladılar, hansı ki banklar tərəfindən təklif olunan xidmətlərin spektrini genişlənirdi və bir çox növbəti bank texnologiyalarına təkan oldu. Kredit kart ideyası ilk olaraq 1888-ci ildə çap olunmuş Eduard Bellaminin «Geriyə baxarkən» əsərində irəli sürülmüşdü.


Ilk kredit kart 1914-cü ildə General Petroleum Corporation of California firması tərəfindən buraxılmış və neft məhsullarının ödənilməsini nəzərdə tutmuşdur. Müasir kartların ilkin variantı kimi mehmanxanaların, maqazinlərin və qaz şirkətlərinin kartları hesab oluna bilər, onlar bu biznesə keçən əsrin əvvəlində başlamışdılar. Bu kartlar daimi müştərilərin alış-verişinin uçotu üçün istifadə olunurdu. 1930-cu illərdə avtomobil sənayesinin inkişafı, aviaşirkətlərin və ticarət firmalarının genişlənməsi nəticəsində şirkətin daimi müştəriləri üçün ödənişin vaxtı 30 günə qədər uzadıldı. 1949-cu ildə Diners Club kartlarının meydana gəlməsi ilə universal kredit kartlarının erası başlandı. Lakin Diners Club da bank deyildi. Yalnız 1958-ci ildə ilk dəfə olaraq bank tərəfindən bu kart buraxıldı. Bu, American Express idi. Elə həmin ildə Bank of AmericaChase Manhattan Bank kredit kartlarla əməliyyata başladılar. Visa İnternationalMasterCard İnternational banklararası assosiasiyaları dünyanın bütün nöqtələrində əməliyyat aparan transmilli korporasiyaya çevrildilər.
Plastik kart təyinatından, göstərilən xidmətin növündən, texniki imkanlarından asılı olmayaraq bütün növ kartları ifadə edən ümumiləşdirici termindir.


Ardı →