Kredit müqaviləsini oxuyarkən nəyə diqqət yetirmək lazımdır?

Kredit müqaviləsini əsas nüansları: faiz dərəcələri, komisyon haqlar və tariflər
Bəzən kredit almaq insanlara o qədər çətin gəlir ki, bankla razılığa gəldikdən sonra onlar müqavilə haqqında heç düşünmürlər. Təəssüf ki, əksər həmvətənlərimiz müqaviləyə sadəcə yerinə yetirilməsi vacib olan bir formallıq kimi yanaşır, az qala müqavilələri gözübağlı şəkildə imzalayırlar. Bu təkcə kredit müqavilələri ilə bağlı deyil, qısa şəkildə desək, insanlar pulu almağa o qədər tələsir ki, nəyə imza atdığına diqqət belə yetirmir.

Hazırda bankların aktiv kreditləşmə prosesinə qədəm qoyduğunu nəzərə alsaq, kredit götürmək o qədər də böyük çətinlik törətmir, amma kredit müqaviləsinin hər bir şərtini nəzərdən keçirmək və şərtləri aydın başa düşmək heç də hər kəsin iqtidarında olduğu qabiliyyət deyil, səbəb isə həmvətənlərimizin maliyyə və hüquqi savadlılığın yetərincə olmamasıdır. Nəzərə alsaq ki, bankların təklif etdiyi müqavilə savadlı hüquqşünaslar tərəfindən hazırlanır, onda hər bir xırda fakt, hər detal bank yaxşıca nəzərə alınıb, özü də ki, bu zaman bank öz maraqlarını əsas götürüb.
Davamı →