Zövq - kriteriya kimi

"Ədəbiyyat söhbətləri" layihəsi çərçivəsində müsahiblərim ortada olan əsərləri dəyərləndirmək məqamında ən çox «zövqlər müxtəlifdir» fikrinə istinad edirdilər.
Doğrudanmı, zövqlər müxtəlifdir? Ümumiyyətlə, zövq necə təsnifatlandırılmalıdır?zovqlər muxtəlifdir
Öz adımdan kəsin deyim ki, zövq ədəbiyyatda birmənalı şəkildə birmənalıdır! Bütün dünya üçün bir ədəbi zövq var — o zövq ki, kriteriyaları Homeri də, Ezopu da, Kafkanı da, Dostoyevskini də, Markesi də, Əkrəm Əylislini də, Tolstoyu da Lermontovqarışıq qəbul edir.
Zövqün açımına yol tapmaq üçün ilk növbədə bilmək lazımdır: insanın baş (fikir, düşüncə), göz (gözəllik), dil (dad), vücud (can) yaddaşı var.
Zövqün böyük mənada insanlıq üçün psixoloji, zaman və millilik aspektindən yanaşılanda belə ölçüləri yalnız və yalnız ədəbiyyatda üst-üstə düşür, fərdiyyətçiliyə varanda isə təkcə dahilərin seçimləri və istəkləri təqdirəlayiq, ya da ki, tərbiyəvi sayılır. Xalqlar ümumilikdə isə zövqün konstitusiyasını özləri üçün birdəfəlik aydınlaşdırıblar. İstər üzəvari yanaşanda, istərsə də «filosofyana» şəkildə dərinliyə varanda zövq, sadəcə və sadəcə, yaddaşında olandır, ürəyində istədiyindir, əl uzatsan belə çatacaq qədər yaxında olub sığal çəkə bilmədiyindir, özlüyünü bilib də yetmək istədiyinə yetə bilməməyindir! Kİ… onun ifadəsini görəndə bəyənirsən, təqdir, təbliğ edirsən — çünki özün varsan, özlüyünü görürsən.
Ardı →