Depressiyanın pozitiv tərəfləri

depressiyaMedDaily`nin The İndependent`ə istinadən verdiyi məlumata görə, bəzi alimlər hesab edirlər ki, depressiya xeyirli ola bilər və ya ən azından pozitiv faktora çevrilə bilər. 
«Depressiyanın ağır və ya yüngül formasından əziyyət çəkən bir insan üçün bu fikir ağılsızlıq kimi gələ bilər.» – jurnalist Rebekka Xardi bildirib. Əksər mütəxəssislər klinik depressiyanın ağır xəstəlik olub insan həyatını məhv etməsi fikri ilə razılaşsa da, digərləri elə fikirləşirlər ki, depressiya bəzi insanlara xeyirli ola bilər.

«Mən hesab edirəm ki, depressiyaya qalib gələn insanlar daha da güclü olurlar. O, yaşam uğrunda mübarizə gücünün katalizatoruna çevrilə bilər: çünki insan boşluq içinə düşərək uçurumu görür» – The İndependent SANE təşkilatının qurucusu və rəhbəri Marcori Uollesdən sitat gətirir.

İki il öncə Nyu York Universitetindən Cerom Ueykfild özünün «Kədərin ziyanı: psixiatriya normal kədəri necə patoloji depressiyaya çevirdi» adlı kitabı ilə böyük səs-küy yaratdı. Müəllif təkidlə bildirir ki, depressiya insanı həyatında müsbət dəyişikliklər etməyə təşviq edir, öz səhvlərindən dərs çıxarmağa və istəklərindən baş açmağa kömək edir.


Ardı →