Karl Qustav Yunq

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, «Tavistok mühazirələri»ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək. 

Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun «Yunq psixologiyasına giriş» kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.

Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm: 


Davamı →

Niyə kitab oxumuruq?!

Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər

İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı «Bibliya» metal lövhələrin köməyi ilə çap olunub.

Davamı →

Mədəni zorakılıq edən adamlar

Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.
İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.

Davamı →

Oxumağı sevdirəcək kitablar

Kitablar istəyərək və ya istəməyərək həmişə həyatımızdadır. Elələri var ki, gözünü açandan valideynlərinin şəxsi kitabxanalarını görüb və kitablar həyatının bir hissəsinə çevrilib. Elələri də var ki, məktəb dərsliyindən başqa əlinə kitab almayıb. Oxumağa başlamağın yaşı və vaxtı olmasa da, hansı əsərdən başlamağın böyük əhəmiyyəti var. Çünki ilk kitab sonrakılara təkan verməli, kitabı sevdirməli, oxuma alışqanlığı yaratmalıdır. Əlbəttə, yeni oxumağa başlayan birinə «Səfillər»i məsləhət görsək, onun həcmini görüb qorxacaq. Və ya «Cinayət və Cəza» desək, yarıda saxlayacaq. Oxumağa yeni başlayanlar üçün həcmi az, təhkiyəsi oxumağa vadar edəcək, axıcı kitablar daha məsləhətdir. Bu əlamətləri özündə daşıyan bir neçə kitab haqqında danışmaq istəyirəm.

Davamı →

Niyə kitab oxumalıyıq?

“Mən kitablarımı yaratmazdan öncə kitablarım məni yaratdılar“.
Mişel de Monten
 
Bütün hadisələr, yaşantılar, ilk baxışdan önəmsiz görünən bir fikir, söz belə, beynimizdə müəyyən izlər buraxır. Bu izlərdən heç izi-tozu qalmadan silinib gedənlər də olur, tədricən dərinləşib yeni-yeni cığırlar, yollar açanlar da. Təkrarlardan ibarət gündəlik yaşam ritmində bu cür cığırların öz-özünə açılacağını gözləmək sadəlövhlük olar. Komfort zonası nə qədər arxayınlıq, rahatlıq duyğusu yaratsa da, oradan çıxmadan zehnimizdə fərqli-fərqli izlər formalaşdıra, həmin izləri cığırlara, yollara çevirə bilmərik...

Davamı →

İnsanlar niyə hekayə oxumağı xoşlayırlar?

Odun ətrafında danışılan nağıllardan tutmuş Netflix seriallarına qədər hər bir cəmiyyətdə hekayə nəqli vacib yer tutur. Təkamül nəzəriyyəsi mütəxəssisləri də bunun səbəbini araşdırırlar.

4 min il əvvəl Babil lövhələrinə yazılmış “Gilqameş” dastanının bu gün də həvəslə oxuması olduqca təəccüblüdür. Bu dastan bizim dövrümüzə qədər gəlib çatmış ən qədim ədəbi əsər sayılır. Yazıldığı tarixdən min il sonra belə bu əsərdən təsirlənərək yeni əsərlərin yaranması burda bəhs olunan hekayənin nə qədər populyar olduğunu göstərir.

Bu hekayənin bu gün oxunması və orda dilə gətirilən “dostluq” kimi əsas fikirlərin ondan sonra yaradılan bir çox populyar hekayədə yer alması isə daha maraqlıdır.

Hekayələrdəki bu kimi ortaq xüsusiyyətlər “ədəbi Darvinçilik” sahəsində araşdırmalar aparan alimlərin diqqətini çəkir. Bu mütəxəssislər yaxşı bir hekayənin əsas xüsusiyyətlərini və Homerin “İlliada” dastanından tutmuş “Harri Porter”ə qədər bir çox hekayənin populyar olma səbəblərini ortaya çıxarmağa çalışır.
Davamı →

Bədii əsər oxumaq beyinə necə təsir edir?

Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinə uzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.

Emori Universitetinin (ABŞ) tədqiqatçıları uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən 9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır. Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır.


Ardı →