Məşhurlar ölüm anında 2


Henri Vord Biçer
19-cu əsrdə yaşamış kifayət qədər təzadlı və sərt amerikalı xristian təbliğatçısı olub. Nitqlərində o, kilsə camaatına ölüm haqda və ona hazırlıq haqda öyüd nəsihətlər edərdi. O, axirət dünyası haqda dəfələrlə söhbətlər edərdi. Lakin öz ölümü qabağı, həkimini çağıraraq, ona belə deyib: “Həkim, indi mən sirlər dünyasına qərq oluram”.

Kraliça Yelezaveta
Zəmanəsinin ən yaxşı həkimləri ilə əhatə olan kraliça ömrünün son anına qədər həyatı uğrunda mübarizə aparıb. Lakin hər şeyin sonunun çatdığını hiss edən Yelezaveta son qüvvəsini toplayaraq, yumruqlarını silkələyib: “Daha bir an həyat üçün bütün var-dövlətimi...”, — deyərək ölür.

Vilyam Porter
Ogenri ləqəbi ilə məşhur olan yazıçı ölümündən əvvəl uzun müddət xəstə yatır. Ölümündən əvvəl isə o, ən yaxın dostunun əlini tutaraq belə deyib: “Çarli, mən qaranlıq zülmətdə evə getməyə qorxuram”.
Ardı →