Mən həssasam?

Bu sualla özünə müraciət edən hər bir kəs öz hərəkəti, işi, davranışı və rəftarı ilə ona müsbət cavab verə bisəydi, həyatımızda əsəbilik halları azalar, inciklik aradan götürülər, pislik və narazılığın kökü kəsilərdi. Onların yerini xoş əhvali-ruhiyyə, səmimi münasibət, sevinc və qəlb rahatlığı tutardı.

Həssaslıq insan mənəviyyatının ən gözəl keyfiyyətidir.
Təbiətən həssas və qayğıkeş olan adam başqalarına qarşı heç bir zaman laqeyd və diqqətsiz ola bilmir. Maraqlıdır ki, həssas adam öz həssaslığını nümayiş etdirməyə can atmır, həssaslıq onun qəlbindən doğur və bir anda, özü belə hiss etmədən təzahür edir.


Davamı →

Etiket qaydaları

Etiket – lazım olduğu zaman yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.

Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:


Davamı →

Centlmenliyə gedən 10 addım

1. Dürüst olun və niyyətinizi nədirsə, onu bəlli edin.
Sevgili olmağı düşünmürsünüzsə, bunu ona deyin. Axtardığınız şey başqadırsa, zatən bu münasibət alınmayacaq, aldatmağın mənası yoxdur. Qadınlar əşya deyil, fərddir. İstifadə edib atacağınız insanlar deyillər. Əgər bir gecəlik münasibət axtarırsınızsa, bunu əldə etmək üçün yalan danışmağınıza ehtiyac yoxdur. Küçədə sizin kimi düşünən və kağız üzərində qələbə əldə edə biləcəyiniz xeyli qadın var.
2. Münasibətin davam etməyəcəyinin fərqinə varmısınızsa, onu daha çox aldatmayın.
Bəzən işlərin yaxşı olduğunu və gələcəkdə də yaxşı olacağına özümüzü inandırırıq. Ancaq reallıqda münasibət irəliləmir, irəliləməyəcək də. Bəli, bunu qəbul etmək çətindir. Fəqət iki tərəf üçün də ən yaxşıdır budur. Vəziyyət budursa, kişi məsuliyyəti öz üzərinə götürüb addım atmalıdır. Vaxtını itirmə, ən əsası isə qarşındakı insanın vaxtını xərcləmə.
Davamı →