Məktəbəqədər yaşlıların psixoloji xüsusiyyətləri

Plan:

  • Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı
  • Məktəbəqədər dövrdə uşaqların sensor inkişafı
  • Məktəbəqədər dövrdə uşaqlarda əqli proseslərin əsas xüsusiyyətləri

Sual 1.Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçirərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beynin, sinir sisteminin, bədənin ayrı-ayrı üzvlərinin keyfiyyətcə funksional təkmilləşməsi baş verir. Bu dövrdə beyin kütləsinin çəkisi 1110 qramdan 1350 qrama çatır. Sinir sisteminin birləşdirici, əlaqə yaradıcı tellər də xeyli inkişaf edib möhkəmlənir.


Davamı →