Xəstəliklərin səbəbi - mənfi emosiyalar

19-cu əsrin əvvəlində alman psixiatrı İohan Haynrot tibb' «psixosomatika» (psycho — ruh, somos — bədən) terminini daxil edib. Alim öz təcrübəsindən belə qərara gəlib ki, bir çox bədən xəstəliklərinin səbəbi ruhdur, yəni emosiyalardır. Təbii ki, söhbət mənfi emosiyalardan, mənfi hisslərdən gedir. Xüsusilə insan bu hisləri uzun müddət ərzində yaşayır, onları gizlədir, boğur, onlardan əziyyət çəkirsə, bu, somatik xəstəliklərin inkişafına təkan verir.
 
Müasir elm də mənfi emosiyaların insan sağlamlığına olan təsirini təsdiq edir və psixosimatikanı daha dərin öyrənir.
Davamı →

Mənfi emosiyalar hansı xəstəliklərə səbəb olur?

Psixosomatik xəstəliklər — yaranmasında ruhi faktorların əhəmiyyətli rol oynadığı müəyyən bəzi somatik xəstəliklərdir. Qədim dövrlərdən bəri ruh-bədən bütövlüyünü müdafiə edən həkimlər və ya filosoflar olmuşdur (Hipokrat, Əflatun, Aristotel, Galen, İbn Sina).

Duyğuların somatik reaksiyalar meydana gətirdiyini göstərən xalq deyimləri vardır: utancdan üz qızarması, hirsdən başın ağrıması, kədərdən iştah kəsilməsi, xülyadan yuxu qaçması kimi. Bəzi somatik pozuntuların ruhi üsullarla (təlqin, hipnoz) yaxşılaşdığı ən azından keçən əsrdən bəri bilinməkdədir. Psixosomatik xəstəliklər və pozulmalar arasında:
Davamı →