Teflon örtüyü olan qablarda təhlükə

Teflon müasir yanmayan materialdır.

Hal hazırda teflon örüyü olan tavalar və qazanlar hər bir evdə var.
Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum oldu ki, teflon heç də ziyansız material deyil.
Araşdırmalar nəticələrinə əsasən, teflonun güclü qızdırılması çox ziyanlı maddələrin ifrazına səbəb olur ki, bu maddələr insan sağlamlığına mənfi təsir edir. Belə hesab olunur ki, bu maddələr kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.


Davamı →

Un məmulatları. Un məmulatlarının hazırlanması üçün alət və tərtibatlar

Un müxtəlif dənli bitkilərin üyüdülməsindən alınan qida məhsuludur. Buğda, arpa, çovdar, qarabaşaq, darı, qarğıdalı, düyü kimi dənli bitki növlərindən un alınır. Un istehsalı üçün yararlı olan əsas taxıl növü buğdadır. Buğdadan alınmış un çörək məmulatlarının hazırlanması üçün əvəzedilməz qidaməhsuludur.
Un məmulatı nəyə deyilir?
Un məmulatı xəmirin bişirilməsi nəticəsində alınan yeyinti məhsuludur. Xəmir unun və mayenin digər məhsullarla (yumurta, şəkər tozu, yağ və s.) qarışığıdır. Un məmulatlarının tarixi dənli bitkilərin becərilməsindən başlayır. İlk vaxtlar un məmulatları maya əlavə edilmədən, olduqca sadə üsulla, sacda və təndirdə bişirilmiş nazik lavaş şəklində idi. Sonralar isə artıq mayalı xəmirdən yüksək növ çörək və digər un məmulatları hazırlanmağa başlandı.
Davamı →