Pendirli makaron

Tərkibi:
300 qr makaron
200 qr. holland pendiri
3 iri pomidor
duz, istiot
bitki yağı.

Hazırlanması:
 Makaron hazır olana qədər bişirilir, suyu süzün. Pomidorların qabıqlarını soyun, xırda doğrayın, bitki yağında qızardın. 

Pendiri sürtgəcdən keçirin. Pomidorlara makaron və pendir əlavə edin, yaxşı qarışdırın, 3-4 dəqiqə bişirin. Nuş olsun!
Davamı →

Mükəmməl makaronu necə bişirməli?

Makaron italyan mətbəxini sevənlər üçün əla seçimdir. Lakin çox vaxt makaron bişən zaman tərkibindəki yüksək tərkibli nişasta səbəbilə formasını itirir. Nəticədə yeməkləriniz cəlbedici və dadlı olmur. Düzgün şəkildə bişmiş makaron istənilən yeməyi daha da dadlı göstərir.

Makaronu bişirmək əslində çox asandır. Sadəcə olaraq bəzi qaydalara riayət etmək lazımdır. Makaronu düzgün şəkildə bişirmək üçün italyanların özlərinin verdiyi məsləhətlərlə tanış olun.
Davamı →