Layneri göz formasına görə çəkin

Göz layneri çəkməyin bir sıra incəlikləri var. Göz formanıza uyğun olmayan layner çəkdikdə gözləriniz səliqəsiz olar və üz formanıza xələl gətirər. Bu kimi halların qarşısını almaq üçün göz formanıza uyğun layner çəkməlisiniz.

Badam göz formasına sahib olanlar
Gözlərin daxili və xarici küncləri eyni səviyyədə olmalı və daxili küncləri arasındakı məsafə bir gözün uzunluğuna bərabər olmalıdır. Bu gözəl göz formasına layner çəkmək olduqca sadədir. İlk növbədə daxili küncdən xaricə doğru göz qapağı üzərindən uzun bir xətt çəkin. Xarici köşədəki xətti uzadın, ancaq xəttin kənarına keçməyin. Bu, gözləri daha geniş və cazibədar göstərəcək.

Davamı →

Makiyaj süngərindən istifadə

Makiyaj süngərləri həyatımıza girəndən bəri, makiyajlar daha təbii alınır. Amma bu süngəri istifadə edərəkən bəzi səhvlərə yol veririk ki, bunun da nəticəsi heç də ürəkaçan olmur. Yəqin ki, bu səhvlər sizə də maraqlıdır?

Elə isə gəlin makiyaj süngərindən istifadə edərkən hansı səhvləri edirik birlikdə öyrənək və mükəmməl makiyaj üçün bir daha bu səhvləri etməyək.
Davamı →

Makiyaj fırçaları

Mükəmməl makiyaj üçün sizə aşağıdakı 8 növ fırça lazım olacaq:

1. Kirşan fırçası
Kirşan fırçası kifayət qədər yumşaq və xovlu olmalıdır. Diqqət edin ki, fırça nə çox iri, nə də çox kiçik olmasın. Ortaölçülü fırça ilə kirşanı üz dərisinə çəkmək daha rahatdır.

2. Ənlik fırçası
Ən ideal ənlik fırçası bir qədər maili formada olandır. Belə fırça ilə ənliyi yanaqlara proporsional şəkildə və peşəkarcasına çəkmək heç də çətin deyil.

3. Tonal krem fırçası
Bəzi xanımlar tonal krem və ya krem pudranı dərilərinə barmaqları və ya süngər vasitəsilə çəksələr də, digərləri bü məqsədlə xüsusi fırçadan istifadə etməyə üstünlük verir. Əgər siz də bu tip kosmetik vasitədən mütəmadi olaraq istifadə edirsinizsə, bu məqsədlə bir qədər codtüklü və daha yastı fırça seçməyiniz tövsiyə olunur. Belə fırçanın köməyilə tonal kremi dəriyə mükəmməl şəkildə çəkmək mümkündür.
Davamı →

Yayda makiyajın axmaması üçün nə etməli?

İsti havalarda axmış makiyaj, ləkəli üzlər xanımları çox səliqəsiz və pis göstərir. Bəs bunun qarşısını necə almaq olar və makiyajın axmaması üçün nə etmək lazımdır? Makyajın axması təkcə isti hava və tərdən asılı deyil. Yay aylarında dəri daha çox yağ istehsal edir. Buna görə də makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlər, üz təmizləyici və ya azaldıcı tonik çəkin.

Avropanın tanınmış vizajistləri bu kimi halların qarşısını almaq üçün makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlərdən, üz təmizləyici vasitələrdən istifadənin mütləq olduğunu bildirirlər. Həmçinin dəridə yaranan yağlılıq probleminin qarşısını almaq üçün yay aylarında tonal kremlərdən istifadə olunması tövsiyyə edilmir. Yay aylarında tonal kremin kirşanla əvəz olunması daha yaxşı olardı.

Əgər istifadə etmək məcburiyyətindəsinizsə, sadəcə lazimi yerlərdə və özəl gecələrdə çəkin. Bütün üzə çəkmək məcburiyyətində də deyilsiniz. Tonal krem və korrektor çəkərkən qatı çox etməyin və nazik olmasına diqqət edin. Üzdəki qüsurları şəffaf toz kirşanla örtün. Toz kirşanlar üzə çəkildikdən sonra dağılmır və daha qalıcı olur.
Davamı →

Tonal kremin düzgün seçilməsi

Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm. 

Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:
Davamı →