5.6 Üstünlüklər matrisi

Mövcud bazarlarda strateji qrupların müəyyənləşdirilməsindən sonra, bu qrupların müxtəlif mənfəətlilik səviyyəsinə malik olduğu aydın olur. Misal üçün, dəzgahqayırma sahəsində ənənəvi tokar dəzgahları çox geniş yayılmış məhsullar hesab olunur və onları tez-tez minimal xərclərlə üçüncü dünya ölkələrində hazırlayırlar. Lakin bu sahənin digər tərəfində, deyək ki, elastik istehsal sistemlərinin buraxılışı sferasında xüsusi tex­nologiyaya malik kompaniyalar kifayət qədər yüksək mənfəət əldə edə bilərlər. Belə modelin mövcudluğunun etirafı Boston Consulting Group firmasını (1979) bir sahə daxilində rəqabətli ətraf mühitin müxtəlif növlərini təsnifləşdirməyə imkan verən üstünlüklər matrisini hazır­lamasına səbəb oldu. Bu struktur iki parametri fərqləndirir: bazarda üstünlüyün əldə edilməsi üçün metodların sayı və həcmdən potensial üstünlük. Şəkil 5.6-da üstünlük matrisinin sektorlarında nisbi həcm və aktivlərin gəlirliyi arasında arasında əlaqənin necə müxtəlif olduğu göstərilib.


Ardı →