Marketinq-keys: Tesco online

Rəqabət məqsədləri üçün Ümumdünya hörümçək torunun və İnternet şəbəkəsinin maksimal səmərəli istifadəsinə aid olan bir neçə məsləhət vermək olar:
  1. İnternet şəbəkəsinin bütün marketinq problemlərindən panaseya olduğunu düşünmək lazım deyil. Ənənəvi biznesin real dünyasında qeyri-qənaətbəxş marketinq aparan firmalar çətin ki, İnternet şəbəkəsinin virtual dünyasında uğur qazansınlar.
  2. Öz əvvəlki biznes modelinizdən imtina etməyin. Onun yeni texnologiya ilə səmərəli istifadə etmək üçün yaxşılaşdırmaq və adaptasiya etmək üzərində düşünün.
  3. “Atomlardan təşkil olunan” məhsulların əvvəlki kimi müştərilərə çatdırılmanın səmərəli və rasional sistemlərinə ehtiyac duy­duğunu unutmayın. Həqiqətən də, onlayn pərakəndə kompa­niyalarda ənənəvilərə nisbətən logistika və bölüşdürmə sistemləri daha səmərəli olmalıdır, çünki, müştərilər onlayn bazasında yaradılan firmalarla işləyərkən daha yüksək sürətli çatdırılma gözləyirlər.

Davamı →

8. Marketinq-keys: Emap

Hər şey MTV brendinin qlobal olduğu vaxtda musiqi televiziyasının meydana gəlməsi ilə baş verdi. Onun “pop”, “dans”, “nyu-metal” və ya rok ritmləri altında bütün gənclər rəqs edirdi.
Bununla belə indi yeni rəqiblər MTV-ə meydana oxuyur və Britaniya reytinq sırasında birinci yerə iddia edirdi. Bu il dördüncü yeni musiqi telekanalı olan Smash Hits TV açıldıqdan sonra, Emap Performance kompaniyası elan etdi ki, ona, 13 may tarixinə olan məlumatlara görə, evlərə və mənzillərə translyasiya olunan  SkyDigital kompaniyasının izləyicilərinin musiqi televiziya auditoriyasının 50 faizi aiddir.


Ardı →

Marketinq-keys: Procter & Gamble

Boka Raton şəhərindən olan Frensis Amerikada ən sevimli yuyucu toz­larla əlaqədar özünü aldanmış hiss etdi. “Qabın üzərində göstərilmişdi ki, toz 40 yükləməyə kifayət edir. Tozu kiçik dozator stəkanının aşağı xəttinə qədər tökərək biz bütün miqdarı ancaq 34 dəfəyə bölə bildik”.
“Ah, aman Allah!” telefon xəttinin o biri başında olan və eyni zamanda şikayəti kompüterə yazan Meri Makkarti həmrəyliklə qışqırdı.
Frensisin rəğbətini qaytarmaq çətindir. Procter & Gamble kompaniyasının Çinçinattidəki baş ofisində işləyən parça və qida məhsulları üzrə mütəxəssis Miss Makkarti təklif etdi ki, Frensisə “Tide” tozunu əldə et­məyə imkan verən pulsuz kupon göndərilsin, lakin Frensis artıq çoxdan bu tozdan istifadə etməyə adət etmişdi və deyir ki, onun pulsuz kupona ehtiyacı yoxdur. Vəzifə artıq yerinə yetirilmiş, sevimli tozun qüsursuz imici bərpa olunmuşdu.


Ardı →

H&M mağazaları

Adi günlərdə Stokholmun mərkəzi hissəsində yerləşən Hennes & Mauritz mağazasında əksəriyyəti uşaq arabaları ilə otuz yaşlarında olan qadınlar üst köynəkləri və yubkalar arasında veyillənirlər.
Təkcə özləri üçün deyil, uşaqları, hətta ərləri üçün alışlar edən bu qadınlar dəbdəbəli geyim ticarətində ixtisaslaşan və sürətlə inkişaf edən isveç pərakəndə ticarət kompaniyalarının əsas müştəriləridir.  Lakin H&M kompaniyası öz keçən ilki kədərli təcrübəsindən bilir ki, belə müştərilərin loyallığını mütləq kimi qəbul etmək olmaz. Daha pardaq və bahalı, dəbli assortimentin təklifi nəticəsində, 14 ölkədə mağazaya sahib olan bu pərakəndə ticarət kompaniyasının satış həcminin artımı zəiflədi; mənfəət səviyyəsi isə azaldı, çünki, mal ehtiyatları qalıqlarını aşağı qiymətlərlə satmaq məcburiyyətində qalınmışdı.


Ardı →