Öldürmək olmaz, amma lazımdır

Zorakılıq və siyasət – hər zaman bir-biri ilə toqquşan anlayışlardır. Bir tərəfdən, demək olar ki, dövlətin istənilən tərifi güc aparatını onun zəruri hissəsi kimi ifadə edir, onlardan ən məşhuru da Weberə məxsus olan – zorakılıq üzərində inhisarçılığın dövlətin zəruri xüsusiyyəti olmasıdır. Digər tərəfdən də, dövlətin əsas qayəsinin münaqişələrin sülh yolu ilə həlli olduğu əsas gətirilərək, ona qarşı (hərbi, polis, siyasi və s. kimi vasitələrə malik olması səbəbilə) zorakılıq ittihamı yönəldilir, bununla da delegitimizasiyasına cəhd edilir.

Davamı →

İctimai inkişafın Marks konsepsiyası

Hazırda ictimai inkişafın ən çox yayılmış konsepsiyası Marks və Engels tərəfindən irəli sürülmüş konsepsiyadır. Həmin konsepsiyanın inkişafında sovet ictimaiyyətşünasları– filosofları, tarixçiləri, iqtisadçıları, sosioloqları mühüm rol oynamışdır. Marksizm cəmiyyət haqqında elmi tarixi materializm adlandırmışdır.
Tarixi materializmin əsas müddəaları K.Marks və F.Engels tərəfindən XIX əsrin 40– cı illərindən başlayaraq «1844– cü il iqtisadi– fəlsəfi əlyazmaları», «Müqəddəs ailə», «Alman ideologiyası» kimi əsərlərində, xüsusilədə ən mükəmməl şəkildə «Fəlsəfə yoxsulluğu»nda və «Kommunist Partiyasının manifesti»ndə ifadə edilmişdi.


Ardı →

Marksın iqtisadi təliminin iqtisadi təfəkkürün formalaşmasındakı rolu

K.Marks abstrakt metodu klassik formada «Kapital» əsərinə və özünün digər əsərlərinə tətbiq etməklə burjua cəmiyyətinin iqtisadi hüceyrəsi olan əmtəənin mahiyyətini, onun ikili xassəsini və daxili ziddiyyətlərini açmış, əmtəədə maddiləşən əməyin ikili xarakterini kəşf etmiş, əmtəənin dəyər kəmiyyəti, dəyərin inkişaf formaları və s. haqqında təlimlər sistemi yaratmışdır. Marks abstraksiya metodunu tətbiq etməklə kapital və izafi dəyəri, onların konkret formalarını, sənaye, ticarət, borc kapitalını, borc mənfəəti kateqoriyalarını təhlil etmişdir. Belə ki, Marks yazır ki, istehsal münasibətlərini, iqtisadi hadisə və prosesləri tədqiq edib öyrənərkən abstrakt metoddan istifadə edilməsi zəruri şərtdir. İqtisadi hadisə və proseslərin inkişafından və onları öyrənmə dərəcəsindən asılı olaraq bu metodu üç mərhələdə tətbiq etmək olar. Abstrakt metodun birinci mərhələsində ümumi anlayışların mahiyyətini, onların ictimai, iqtisadi məzmunundan asılı olmayaraq öyrənmək lazımdır. Bu ümumi anlayışlara aşağıdakılar daxil edilir: istehsal, əmək prosesi, istehsal vasitələri, istehsal münasibətləri.
Ardı →

KAPİTAL əsəri,onun predmeti və tədqiqat metodu

K.Marks öz iqtisadi əlyazmalarını xüsusi bir cild halında nəşr etdirmək qərarına gəlir. Odur ki, birinci kitabını 27 mart 1867-ci ildə başa çatdırıb Hamburq şəhərinə gəlir və «Kapital»ın birinci cildini kitab nəşriyyatçısı Meysierə təqdim edir. Beləliklə, 1867-ci ilin sentyabr ayında «Kapital» əsərinin birinci cildi nəşr olunur.
Hər şeydən əvvəl «Kapital» əsərində K.Marksın  özünün qeyd etdiyi kimi, əsər onun həyat işidir. Onun fikrincə iqtisadi quruluş əsasdır, həlledicidir, müəyyənedicidir və aparıcıdır. Bununla yanaşı siyasi üstqurum iqtisadi quruluş üzərində təşəkkül tapır. F.Engelsin qeyd etdiyi kimi «Kapital» əsəri müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrənən bir kitabdır.


Ardı →

K.Marks təliminin iqtisadi mahiyyəti və xüsusiyyətləri

K.Marks öz iqtisadi fikirlərini formalaşdırmaq məqsədilə ciddi olaraq siyasi iqtisad tarixinə dair, iqtisadi tarixə aid olan və burjua həqiqətini özündə əks etdirən əsərlərlə məşğul olmağa başlayır. Belə ki, o, öz iqtisadi nəzəriyyəsini sistem halına salmağa cəhd edir. K.Marks yazırdı ki, mənim məqsədim müasir cəmiyyətin, yəni burjua cəmiyyətinin istehsalını idarə edən qanunları tədqiq etməkdən ibarətdir. K.Marks ilk əvvəl D.Rikardonun pul nəzəriyyəsinin tərəfdarı idi. Lakin sonralar o pul haqqında nəzəriyyələr barədə prinsipial mövqe tutur. K.Marksın əlyazmalarında göstərilirdi ki, pul ilə dəyər arasında daxili bir əlaqə mövcuddur. Pulun nəzəri təhlili göstərdi ki, pul ümumi əməyin təzahür formasıdır, onu mübadilə dəyəri yaradır. Nə qədər ki, mübadilə dəyəri məhsulun ictimai forması kimi qalır, yəni, əmtəə mövcud olduqca pul da zəruri vasitə kimi qalacaqdır və pulu ləğv etmək olmaz. Əmtəə təsərrüfatının və mübadilənin dərinləşməsi və inkişafı ilə əlaqədar olaraq məhsul kimi əmtəənin təbiəti ilə onun ümumi təbiəti olan mübadilə arasında ziddiyyət mövcud olacaqdır. Məlumdur ki, əmtəə-pul münasibətləri kapitalizmə qədər mövcud idi, lakin bu əlaqələr tabeçilik xarakteri daşıyırdı və fəaliyyət dairələri məhdud idi. Klassik burjua siyasi iqtisadı ilə müqayisədə K.Marks qeyd edirdi ki, bu məktəbin əksinə olaraq kapitalın inkişafını, onun yaranma mənbəyini dəyər anlayışı ilə, dəyərin pul forması ilə əlaqələndirdi.
Ardı →

K.Marks alternativ iqtisadi təlimin yaradıcısıdır

XIX əsrin birinci yarısı K.Marksın iqtisadi ideyalarının və iqtisadi görüşlərinin təşəkkül tapıb qərarlaşması dövrünün ilk mərhələsidir. Heç də təsadüfi deyildir ki, K.Marksın və onun dostu və silahdaşı F.Engelsin Siyasi İqtisad elmində irəli sürmüş olduqları alternativ iqtisadi ideyalar onlara dünya şöhrəti gətirmişdir.
K.Marks öz əsərlərində siyasi iqtisadın tarixini araşdırmış və burjua siyasi iqtisadının əsas kateqoriyalarının təhlilini vermişdir. Yaradıcılığının bu mərhələsində K.Marks xüsusilə dəyər, istehsal xərcləri, torpaq rentası, kapital, əmək, rəqabət anlayışlarına daha çox diqqət yetirməklə bu kateqoriyalaraı öyrənib tədqiq etmişdir. Qeyd etdiyimiz problemlər, xüsusilə K.Marksın 1844-cü il iqtisadi-fəlsəfi əlyazmalarında öz əksini tapmışdır.


Ardı →