Un məmulatlarının hazırlanması üçün xammal və ərzaq məhsulları

İnsanın qida rasionunda ərzaq məhsullarının yeri onların enerji və qida dəyərliliyi ilə təyin edilir.
Çörək məhsulları dənli bitkilərin emalından alınır.
Bəs bu dənli bitkilər hansılardır?
Geniş yayılmış dənli bitkilər bunlardır:
  • Buğda unu çörək-bulka, makaron məmulatlarının istehsalında istifadə edilir.
  • Çovdar çörək-bulka məmulatlarının bəzi növlərinin, makaron və yarmaların istehsalında istifadə edilir.
  • Arpa, əsasən, arpa yarmasının, ununun və qəhvəsinin istehsalında istifadə edilir.
  • Darı unu, əsasən, çörək bişirmək üçün istifadə edilən buğda ununun tərkibinə qatılır.
  • Qarğıdalıdan un və qarğıdalı lopası istehsal edilir.

Davamı →

Təbii çörək mayası

Bu gün hamımızın yediyi çörəklərin mayası süni üsulla hazırlanılmış, kimyəvi bir maddədir. Bu maya deyil.* Belə mayadan hazırlanılmış çörəklə təbii mayadan hazırlanılmış çörəyin arasında çox fərq vardır. Süni maya ilə biz öz ömrümüzü qısaldırıq, belə ki süni maya mineral və vitamin sorulmasını ləngidir, bağırsaq mikroflorasını pozur, immun sistemimizi zəiflədir və allergiyaya meyilliyi artırır, amma təbii maya tam bunun əksinə təsir edir və Allahın bizə verdiyi ömrü sağlam yaşamağımıza yardımçı olur.

Keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə indi artıq çox insanlar bu mayanın necə hazırlanılmasını bilmirlər. Mən bir neçə üsul yazıram, bu üsulların hansı sizə səmərəlidirsə istifadə edə bilərsiniz.
Davamı →

Yoğurtlar sağlamlığa ziyandır

Həkimdən daha çox soruşulan məlumatlardan biri də süd və süd məhsullarının təsiri ilə bağlı olur.Demək lazımdır ki, onlar mütləq şəkildə xeyirli bir qida olmayıb öz zərərli tərəfləri ilə narahatlıq doğura bilər.Süd və süd məhsullarından davamlı və plansız bir şəkildə istifadə etmək kifayət qədər ciddi böyrək daşı, mədə-bağırsaq traktı (MBT) və xərçəng xəstəliklərinə səbəb ola bilər.


Ardı →