Memarlıq

Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Tarixin təsdiq etdiyi kimi, incəsənətin bütün növlərinin bir vaxtda çiçəkləndiyi zaman mədəniyyətin ən yüksək və harmonik inkişaf dövrü başlayır. İncəsənətin bir növü kimi memarlıq – eyni zamanda maddi mədəniyyətin formalarından biridir, belə ki, o daima insanla və onun təlabatları ilə, həmçinin elm və texnikanın nailiyyətlərinin istifadəsilə bağlıdır.
“Davamlılıq, fayda, gözəllik” – bu b.e.ə. I əsrdə alim və memar Vitruvinin formalaşdırdığı klassik triada, bütün dövr və xalqların memarlığının qısa formulasıdır.
Memarlıq – bu, insanın şəxsi və ictimai həyat və fəaliyyətində maddi və mənəvi tələbatlatların hər vasitə ilə təmin edilməsinə istiqamətlənmiş inşaat incəsənətidir. “İkinci təbiət” olaraq, məkanı formalaşdıraraq memarlıq ozünün tərzi ilə daima insan kütlələrinə və tək insana təsir edir.
Ardı →

Saraylar

Hər bir dövrün özünəməxsus milli memarlıq xüsusiyyətlərini qoruyub saxlayan maddi mədəniyyət nümunələrindən olan sarayların digər yaşayış və ya inzibati binalarla oxşarlığı ilə yanaşı, fərqli cəhətləri də az deyil. Adlarına və daşıdıqları funksiyalara əsasən nağıllarda və əfsanələrdə rast gəlinib. Lakin sonradan yaranmış ayrı-ayrı yazılı ədəbi nümunələrdə sarayların daha fərqli forma və məzmun daşıması barədə məlumatlar kifayət qədər yer alıb. Əsasən şahlıq dövrünün milli memarlıq nümunələri sayılan sarayların tikilməsində bənna (usta) və nəqqaşların xüsusi əməyi olub. Əcəmi Naxçıvani, usta Tağı, Hacı Məhərrəm, usta Qənbər Qarabaği, Mirzə Qədim İrəvani (İrəvanda Sərdar Sarayının divar rəsmlərinin nəqqaşı, 1850-ci il), xəttat Süleyman, Şükür Qənbər oğlu, Mirzə Mehdi kimi memar, bənna (usta) və nəqqaşların adları məhz həmin tarixi və mədəniyyət abidləri sayılan saraylarda (təfəkkürlərinin cizgiləri və əl izləri qaldığı üçün) sonrakı nəsillərə gəlib çatıb.


Ardı →

Şirvanşahlar sarayı

Şirvanşahlar saray ansamblı — Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal — Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünə başlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır.
Davamı →

Memar Əcəmi Naxçivani

XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbu-Bəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları…
Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi me'marı kimi şöhrət qazanmışdır.
Ardı →