Mikrobloq

Hörmətli sayt administrasiyası.

Saytda aparılan yenilənməylə bağlı ərsəyə gələn yeni formatdan sonra yaranan və əvəzlənən bəzi bölmələr var.
Bunların içərisində kayzen istifadəçilərin ən sevdiyi bölmə olan Mikribloq ləğv olunub. Yanılmıramsa, onu Divar və ya Lent kateqoriyası əvəzləyib.

Elə bilirəm mənimlə həmfikir olan istifadəçilər çox olar ki, köhnə formatdakı mikrobloq saytın ən fəal, ən işlək, ən maraqlı, həm izləyici, həm oxucu cəlb edən ən aktiv bölməsi idi. Mikrobloqun aktivliyi və simpatikliyinin ən birinci amili, onun göz önündə olması, sayta daxil olmadan belə kənardan oxunması idi. Onu əvəzləyən bölmə isə, təəssüflər olsun ki, bu funksiyaları daşımır.

Davamı →