Xruşov Azərbaycan KP MK-nın birinci katibinə niyə qəzəblənmişdi?

«Yoldaş Mustafayev, siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola bilməz...” – bu ittihamları Nikita Xruşov yüksək səs tonu və qəzəblə 1959-cu ilin iyun ayında Mərkəzi Komitənin iclasında Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə ünvanlayıb.

Davamı →

Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları

Tarixən insanlar öz əcdadlarının adət-ənənələrinə, doğma torpaqlarına, qərarlaşdırılmış əraziləri və burda mövcud olan hakimiyyətlərinə sadiq olmuşlar. Lakin, 18-ci əsrin sonları insan cəmiyyətində yaranan yeni meyllər (məsələn, Maarifçilik hərəkatı, Sənaye inqilabı) insanları millətçiliyə sövq etməyə başlamışdı. Beləliklə, millətçilik modern anlayış olaraq, ilk dəfə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəli Avropada meydana gəlmiş və müxtəlif zamanlarda, fərqli Avropa ölkələrində bir neçə formada təzahür etmişdir. Sonralar millətçilik ictimai və fərdi həyatın ümumi qəbul olunan, ayrılmaz sentimentinə və müasir tarixin yeganə müəyyənedici faktoruna çevrilmişdir. Onun ilk güclü təzahürləri kimi Fransa və Amerika inqilablarını nümunə göstərmək olar. 19-cu əsrin əvvələrindən başlayaraq millətçilik Mərkəzi Avropada geniş yayılmış və sonralar Latın Amerikası, daha sonra isə Şərqi və Cənubi Avropa ölkələrinə nüfuz etmişdir. 20-ci əsrin əvvələri isə millətçilik qədim Asiya və Afrika torpaqlarında çiçəklənməyə başlamışdır. Beləliklə, 19-cu əsr “Avropa millətçiliyi əsri” adlanırsa, 20-ci əsr də Asiya və Afrika millətçiliyi əsri hesab olunur .

Davamı →

Rəsulzadəyə görə millət anlayışı

Artıq neçə əsrdir ki, millət anlayışı modern dünyanın ən böyük fenomenlərindən biridir. O, bir çoxlarına görə modern dünyanın, müharibələrin, sülhün, azadlıq hərəkatlarının yaradıcısı və ya səbəbkarı hesab edilir. Millət anlayışı inkaredilməz bir reallıq olsa da, onun tərifi və meydana çıxma şərtləri müxtəlif cür şərh edilir. Bəzilərinə görə millət ən qədim dövrlərdən bəri mövcud olmuş, bəzilərinə görə XVIII-XIX əsrlərdən etibarən bir ovuc insanın düşüncələri əsasında keçmişdən əsasən heç bir asılılıq olmadan inşa edilmiş, bəzilərinə görə isə tarix boyu baş vermiş hadisələr əsasında sonradan qurulmuşdur.

Davamı →

Saxta millətcilərin SAXTA HƏDİSLƏRİ : Atatürk Rəsulzadə haqqında nə demişdir ?

     

Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə. 


Ardı →

Neofaşizm | Avropanın real təhlükəsi

İtalyan sözü olan «faşizm» (mənası «dəstə», «birlik» deməkdir) bütün dünyada antipatiya doğuran termindir. Tarixdən də məlum olduğu kimi faşizm 1919-cu ildə İtaliyada yaranıb və 1922-ci ildə hakimiyyətə gələn Benito Mussolininin adı ilə bağlıdır. Mussolininin ideyalarını sonralar bütün dünyanı lərzəyə salan alman faşizminin rəhbəri Adolf Hitler davam etdirib.

Faşist rejimi II Dünya müharibəsindən sonra da mövcud idi. Bu rejim Portuqaliyada yalnız 1974-cü ildə, İspaniyada isə 1975-ci ildə ləğv olunub. İkinci Dünya Müharibəsindən sonra bəzi Avropa ölkələrində yaranan neofaşizm (yeni faşistlər) isə bu gün də real təhlükə olaraq qalır.
Ardı →