Almas İldırım: Vətəndə və sürgündə

Milli istiqlal poeziyamızın ən duyğusal, parlaq və səmimi simalarından biri, həyatı ictimai-siyasi tufanlardan, burulğanlardan, fırtınalardan keçən, məşəqqətlərin girdabına atıldıqca vətən eşqi, yurd sevgisi sönmək bilməyən, hiss və duyğuların «boğulmayan səs»inə, müqtədir carçısına çevrilən Almas İldırımın (25.03.1907, Bakı, Qala k. — 14.01.1952, Malatya, Qala k.) mühacirət dönəmi ilə müqayisədə vətən və sürgün dövrü yaradıcılığı, nəşr olunan ədəbi-bədii irsi haqqında çoxsaylı məqalələr, kitablar yazılsa da, təəssüf ki, yetərincə ciddi araşdırılmamış, sistemli tədqiq edilməmişdir. Şairin sovet dönəmində həyatının ağ buraxılmış səhifələrinə, yaradıcılığının kitablardan kənarda qalan, naməlum bədii nümunələrinə aydınlıq gətirilməmiş, çap olunan əsərlərinin yarımçıq, qüsurlu nəşri və bu kimi bir sıra kölgəli məqamların üzərinə işıq salınmamışdır.

Davamı →