Mirvari haqqında bilmədikləriniz

Əslində istənilən bir balıqqulağının içərisində yaşayan molyusk mirvari yaradaraq, onu böyüdə bilər, amma sədəf mirvariyə təbiətdə çox nadir hallarda rast gəlinir. Məsələ ondadır ki, belə bir mirvarinin yaranması üçün kənardan-hər hansı bir qıcıqlandırıcı (qum dənəsi, parazit və s) müdaxiləsi zəruridir, həmin kənar maddəni molyusk canlı şəkildə sədəf mirvarinin içinə məhbus edir. Zərif sədəf pərdələr, bir birinin üstünə çəkilərək, lay-lay yığılır və bunun nəticəsində gözəl bir inci- mirvari yaranır. Olduqca maraqlı müdafiə mexanizmidir.


Davamı →