Saç modellərinə uyğun baxım qaydaları

Hər qadın saçları ilə oynamağı sevər. Sıxıldığında ilk əvvəl saçında bir dəyişiklik etmək istəyər. Saçlarınızı salonda kəsdirib gələndə qəşəng görünər. Ancaq bir gün keçəndən sonra saçlarınız sizə yadlaşar və onlarla necə davranacağınızı bilmərsiz. Buna görə də, saç trendlərini nəzərə alaraq hər tip saça uyğun saç modellərini təqdim edirik.

Uzun saç – gündüz

Uzun saçla çalışmaq çox çətindir. Uzun saçlarınızı yanınıza töküb gəzmək gözəldir, ancaq özbaşına buraxsanız, ucları o qədər də qəşəng durmaz. Bunun üçün gündüzlər saçlarınızın səliqəli görünməsi üçün yuyub bir az qurutduqdan sonra uclarına rulolar, ya da qalın biqudilər taxıb su kimi axıb gedən saç uclarına sahib olun.

Uzun saç – gecə

Uzun saçların gecə modeli üçün ən uyğun olan Fransız model Bencenin saç modelidir. Həm öndən, həm arxadan çox şık və eleqant görüntüsü olan bu saç modeli gecə ziyafətləri üçün möhtəşəm seçimdir. Göz sürməsini bir az uzun çəkdinizmi, daha da şıq görünəcəksiz.


Ardı →