Mollanın qaynanası

Molla Nəsrəddinin qaynanası paltar yuyarkən çaya düşüb, sulara batıb, itib gedib.
Qəsəbə xalqı yığışıb axtarmağa çalışıblar qadını.
Molla da axtarmaqda, ama hər kəs kimi çayın axdığı tərəfə deyil də gəldiyi tərəfə doğru gedərək...
Görənlərdən biri çaşıb qalıb bu işə və səslənib Molla`ya:
-Molla sən tərs tərəfə gedirsən!
Başını adamdan tərəfə çevirən Molla bu qarşılığı verib:
-Sən mənim qaynanamı tanımazsan qardaş.
Dünyanın ən tərs qadınıydı o.
Mütləq cəsədi də tərs tərəfə getmişdir...
Davamı →

Qatır

Molla Nəsrəddin bir gün qatıra minibmiş.  Molla Nəsrəddin lətifələri

Heyvan olduqca sürətli gedirmiş.

Molla da onu tuta bilmir, dayandıra bilmirmiş.

Bunu görən bir qonşusu soruşubmuş:

-Molla, deyib, belə tələsik-tələsik hara nə yana?

Molla güc bəla səslənib:

-Qatır haraya gedərsə o yana...



Davamı →