1.2.1.Pul sistemi: mahiyyət və struktur

Pul sistemi — ölkədə pul dövriyyəsinin tarixən tə­şək­kül ta­p­mış və qanunvericiliklə təsbit olunmuş qu­ru­luşudur. Pul siste­mi­nin əsas elementi pul kimi iqtisadi ka­te­qoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funk­si­yaları yerinə yetirən ümumi bir ekviva­lentdir:


  • dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin də­yər­lərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. Malların pulla ifadə olunmuş dəyəri onların qiy­mətini təşkil edir. Qiymət miqyası elə bir mexanizmdir ki, dövlət bu mexanizm vasitəsilə pulların bu funksiyasını reallaşdırır;

  • yığım vasitəsi -  pulların istənilən anda öz nominal dəyə­rini itirmədən ödəniş vasitəsi kimi istifadə oluna bilmək qabiliy­yətidir (mütləq likvidlik);

  • dövriyyə vasitəsi – pulların mal və xidmətlərin hə­rə­kətində vasitəçi rolunu oynamaq qabiliyyəti, həmçinin digər ödə­niş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olun­ma­sıdır;

  • ödəniş vasitəsi – mal və xidmətlərin kreditlə sa­tı­şında, yəni möhlətli ödəniş zamanı meydana çıxır. Bu funk­siyanın mənbəyini kredit və bu  iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir;

  • beynəlxalq pullar – mal, xidmət və kapitalın bey­nəl­xalq dövriyyədə istifadə olunmaq imkanı, bütün funk­siyaları təkcə bir dövlət çərçivəsində yox, bütün dünya birliyi çərçivəsində yerinə yetirməsidir. Müasir mərhələdə pul vahidlərinin heç biri göstə­rilən funksiyanı tam mənada yerinə yetirmir.

Ardı →