Nikolaus Avqust Otto

İnsanların avtomobildən istifadə etdiyi yüz il ərzində praktiki olaraq hər şey dəyişib: dizayn dəyişikliklərə məruz qalıb, avtomobil istehsalçılarının bir qismi fəaliyyətinə son qoyub, digər bir qismi fəaliyyətə başlayıb, avtomobil dəbi də dəyişikliklərdən kənarda qalmayıb. Demək olar ki, hər şey dəyişib… Amma… yox. Hər halda dəyişməyən bir şey var. 1876-cı ildən bəri bütün bu dövr ərzində mühərriklərin taktları dəyişməz olaraq qalır. Bu, avtomobil ustalığını öz praktiki təcrübəsi əsasında öyrənmiş ixtiraçı Ottonun sayəsində mümkün olub.
Nikolaus Avqust Otto 10 iyun 1832-ci ildə Taunus çayının sahilində yerləşən kiçik Holtshauzen kəndində anadan olub. Bir neçə ildən sonra o, atasını itirib və ailəni dolandırmaq üçün təhsilini buraxaraq işləməyə məcbur olub.
Davamı →

Mühərrikin alışması

Qotlib Daymler mühərrikin alışdırma sistemində açıq alovlu metaləridən borulardan istifadə edirdi. Lakin bu, yanğın təhlükəsi yaradırdı. Üstəlik, akkumulyatorun yükü yalnız bir neçə on kilometr məsafəyə çatırdı. Axı o vaxt akkumulyatoru yükləmək üçün müasir generator tipli hər hansı qurğular mövcud deyildi. Maqneto vasitəsilə yandırma sistemi vəziyyətdən çıxış yolu oldu. Onun tətbiqi alman mühəndisi Robert Boşun başlıca xidməti idi.
O, 23 sentyabr 1861-ci ildə Almaniyanın cənubunda (kiçik Albek şəhərində) çoxuşaqlı ailədə anadan olmuşdu və ailənin on iki övladından on birincisi idi. Valideynlərinin mehmanxanası və pivə müəssisəsi, habelə torpaq sahəsi vardı. Albeker-Ştaybe yolu həmin sahədən keçirdi. Bu sahə Boş ailəsinin əsas gəlir mənbəyi idi. Onlar torpaqlarından keçidə görə ödəniş alırdılar.
Ardı →