Həyat yoldaşınız dostunuzdurmu?

Həyat yoldaşınıza etibar edirsinizmi? Bu, evli insanları düşündürən ən ciddi suallardan biridir. Burada etibar kəlməsini “sədaqət” mənasında işlətmirik. Demək istədiyimiz odur ki, sirrinizi həyat yoldaşınızla paylaşırsınızmı? Həyat yoldaşınız heç kimə demədiklərini sizə söyləyirmi? Yoldaşınıza qarşı nə qədər səmimisiniz?

Əlbəttə, ən yaxşısı odur ki, həyat yoldaşımızla aramızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər. Belə zamanlarda qarşı tərəfi ittiham edən ifadələrin ardı-arası kəsilməz. Halbuki ailə üzvləri bir-birilərinə hamıdan daha çox etibar etməlidir. Əgər tərəflər ailə içərisində bir-birilərinə etibar etməsələr, o zaman fikirlərini paylaşa biləcəkləri başqa insanları axtarmağa başlayacaqlar. Bu da ailənin bütövlüyünə zərər verəcək. Bu baxımdan tərəflər bir-birilərinin sirdaşı olmalıdırlar.


Ardı →