Şeypinq

şeypinqFitnesin bu növü 90-cı illərdə məşhur idi. İndi o artıq yeniən dəbə qayıdır, çünki zaman onun effektivliyini və təhlükəsizliyini sübut edib.
Şeypinq (ingilis sözü olan shape-dən götürülüb, “forma”, “forma vermək” mənalarında işlənir) – çəkinin azaldılması üçün məşqlər sistemidir. Bu, uzunmüddətli, lakin intensivliyi az olan məşqlər yolu ilə yağların yandırılması ideyasına əsaslanır. Bunun üçün şeypinqdə bütün bədənə deyil, konkret olaraq problemli bölgələrə yönəldilmiş kompleks məşqlərdən istifadə olunur. Hər bir hərəkət müəyyən bir əzələ qrupunu (ayrıca olaraq budu öndən, arxadan, kənarlardan və s. buna oxşar şəkildə) işlədir.
Amma zaman keçdikcə şeypinq öz yerini fitnesin daha inkişaf etmiş formalarına – aerobika və məşq (trenajor) zallarına verdi. Onlarla müqayisədə şeypinq çox darıxdırıcı və birmənalı təsir bağışlayırdı. Eyni zamanda şeypinqdə məşqlər az intensiv olduğuna görə bu yolla yalnız sərt pəhrizə (dietaya) riayət etməklə arıqlamaq mümkün olardı.

Bütün bu amillərə baxmayaraq, indi də bəzi fitness-mütəxəssislər şeypinq prinsipi üzrə qurulmuş hərəkətlər təklif edirlər. İş ondadır ki, onun tərkibinə daxil olan məşqlər digərlərində istifadə olunanlardan daha təhlükəsizdir. Burda hərəkətlərin əksəriyyəti döşəmədə və ya dayaq vasitəsilə edilir ki, bu da onurğa sütununa və ayaq damarlarına düşən təzyiqi azaldır. Müvafiq olaraq da, şeypinq daha çox arıqlamağa yenicə başlayan və həddən artıq kök olan və ya yaşı artıq 40-ı adlamış insanlara daha uyğun gəlir.


Ardı →