Naringi mürəbbəsi

Tərkibi:
1 limon suyu və bir az limon duzu
4 ədəd nazik qabıqlı naringi
1 stəkan portağal suyu
2 stəkan yarım şəkər tozu
2 stəkan su

Hazırlanması:
Dərin bir ləyənə su, şəkər tozu və portağal suyunu töküb qaynadın. Daha sonra naringiləri yuyaraq dilimləyin. Varsa çəyirdəklərini çıxarın.
Davamı →

Mandarin (naringi)

  • Flora

mandarinBu meyvənin insan səhhəti üçün böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir.

Bundan əlavə mandarində kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, mandarin da hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.

Mandarin maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir.

Mandarində olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir.


Ardı →