Emil Zolya və naturalizm

Yazıçı aid olduğu əsri, cəmiyyəti əsərlərində güzgü kimi əks etdirən insandır. Emil Zolya da yaşadığı cəmiyyətdə baş verən prosesləri, həyatı əsərlərində ən dolğun təsvir edən yazıçılardandır. Sözsüz ki, Zolyanının yaradıcılığından  XIX əsrin elmi kəşfləri, dövrün fəlsəfi cərəyanları təsirsiz ötüşməmişdir. Ogüst Kontun yaratdığı «Pozitivizm» fəlsəfi cərəyanı dövrünün ziyalıları arasında geniş yayılmışdı. Təsadüfü deyil ki, Darvinin «Təkamül» nəzəriyyəsinin yaranması da həmin illərə aiddir. Fransanın ikinci imperiya dövrünü təsvir etdiyi romanları ilə ədəbiyyatda uğur qazanmış yazıçının yaradıcılığı ilə ilk tanışlığım «Yaradıcılıq» romanı ilə olmuşdu.

Davamı →

Naturalizm

Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 1880-ci ildə Emil Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı müşahidəni əks etdirirdi. Belə müşahidə konkret və fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu


Davamı →