Əsnəmək nələrə faydalıdır?

Bu xəbəri nəzərdən keçirərkən siz, yəqin ki, əsnəyəcəksiniz. Biz niyə və nə üçün əsnəyirik? Çoxları bu sualı özünə verir. Əsnəmə — nəfəs hərəkətidir, adətən qeyri-iradi olub dərindən nəfəsalma və enerjili nəfəsvermədən ibarətdir. Əsnəmə təkcə insana xas deyil. Deyirlər ki, hətta qurbağalar belə əsnəyir. Əsnəmə — bütün heyvanlarda mövcud olan qədim instinktin təzahürüdür. İnsanların çoxu əsnəyən digər adama baxrakən özləri də əsnəyirlər.

Əsnəmə — çox keçici vərdişdir. 42-50% hallarda insanlar kollektiv şəkildə əsnəyirlər, amma 4 yaşından kiçik uşaqlar bu hərəkəti təkrar etmirlər. Şimpanzelər də insanlar kimi kollektiv şəkildə əsnəyə bilirlər.
Davamı →