Oğlaq bürcü haqqında ♑

Zəhmətkeş, ciddi, lakin bütün təşəbbüslürində uğurlu — tipik Oğlaqlar belə olurlar. Bu bürcü idarə edən Saturn ağır iş, gərgin əmək hesabına olsa da onların lap yuxan başda, nəhayət öz məqsədlərinə çatmaqlarını təmin edir. Əksərən onlar soyuqqanlı, ifrat həyəcan keçirməyən, ora-bura vurnuxmayan, münasibətlərdə mülayim insanlardır. Oğiaqlarda sanki hissiyyat yoxdur, ancaq əslində, onların hiss və duyğuları üzdə deyil, dərinlikdə olub, açıq-aşkar ifadə edilməyir. Onlar bilirlər ki, nə istəyirlər; həm də bilirlər ki, tez həyəcanlanıb başını itirməyin xeyri yoxdur.
Saturn səmada çox ləng hərəkət edərək Oğlaqa elə bir əhval-ruhiyyə təlqin edir ki, bu, uzun müddət ərzində özünü göstərir. Oğlaqlar beş və ya on il sonra harada olacaqlarını, nə edəcəklərini planlaşdırırlar. Oğlaq belə hesab edir ki, işdə onun yeri yüksəkdir. Bu yeri tutanda hamı ona hörmət edəcək. Hakimiyyət, mövqe, reputasiya — Oğlaqın istədiyi bunlardır.


Davamı →