Yumurtalıq xərçəngi

Yumurtalıq xərçəngi bədxassəli şişlərə aid olub, yumurtalıq toxumasından əmələ gəlir. Qadınlarda iki yumurtalıq olur, hər biri çanağın bir tərəfində yerləşir. Statistikaya görə, hər 70 qadından biri yumurtalıq xərçənginə tutulur. Bu əsasən, 50 yaşdan sonra baş verir, lakin son zamanlar bu xəstəlik də «cavanlaşıb». Yumurtalar yumurta hüceyrə və hormon sintez edirlər: estrogen və progesteron. Yumurtalıqlar epitel qatla örtülü olur ki, şişlərin də əksəriyyəti məhz bu qatdan əmələ gəlir.


Bütün digər bədxassəli şişlərdə olduğu kimi, yumurtalıq xərçənginin də əsas səbəbləri tam öyrənilməyib. Statistik məlumatlara əsasən, aşağıdakılar risk faktoru kimi göstərilir:


Ardı →

Yoğun bağırsaq xərçəngi

Yoğun bağırsaq həzm sisteminin son traktı olub 1.5-2 m uzunluğa malikdir. Yoğun bağırsaq bir neçə hissədən ibarətdir, kor bağırsaq (appendiks burada yerləşir), qalxan çənbərbağırsaq, enən çənbərbağırsaq, köndələn çənbərbağırsaq, siqmavarı və düz bağırsaq.


Yoğun bağırsaq xərçəngi: yoğun bağırsağın selikli qişasından əmələ gələn bədxassəli şişdir. Əksər vaxtlarda şiş siqmavari bağırsaq, kor bağırsaq və düz bağırsaqda yerləşmiş olur. Bu xəstəlik çox vaxt yaşlı insanlarda rast gəlinir. Hər il isə bu xəstələrin sayı artmaqdadır, xüsusilə inkişaf etmiş dövlətlərdə.


Ardı →

Düz bağırsaq xərçəngi

Düz bağırsaq xərçənginin müayinə və müalicəsi son illərdə aktuallıq qazanıb, bu isə öz növbəsində sürətlə düz bağırsaq xərçənginin artması ilə əlaqədardır. Təəssüflə qeyd etmək lazımdır ki, düz bağırsaq xərçəngi son zamanlar sürətlə artır və bütün bədxassəli şişlərin 4-6%-ni təşkil edir. Qərb dünyasında süd vəzi xərçəngi kimi kimi üçüncü yerdə durur. Əsasən 40 yaşdan sonra və kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.


Bu xəstəlikdən ən çox Amerika, Qərbi Avropa, İsrail əhalisi əziyyət çəkir. Beləliklə, bu zaman xəstəliyin ən çox yayıldığı ərazilərin iqtisadi inkişaf nəzərə alınaraq xəstəliklə bu ölkələrdəki qidalanma arasındakı qarşılıqlı əlaqəsi öyrənilir. Belə ki, yoğun bağırsağın xərçənginə qida məhsullarının tərkibində olan piylər və zülalların tərkibində olan konserogen maddələr səbəb olur.


Ardı →

Baş beyin şişləri

Bu növ şişlərin yaranması müxtəlif səbəblərdən yarana bilər və çoxlu növləri var. Qeyd edək ki, mərkəzi sinir sisteminin şişləri təəssüf ki, geniş yayılmışdır və orqanizm şişlərinin 5%-ni təşkil edir. Baş beyin şişləri yaranmasının bir çox səbəbi var bunlara kəllə-beyin travmaları, zərərli mühit, kəllənin rentgen şüalarına və yüksək sürətli cərəyana çox məruz qalması. Baş beyin şişləri aşağıdakılar bölünür:


Ardı →