Körpə otağı

Otağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar...

Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox «bəzəyirlər». Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.İlk növbədə, otağın təhlükəsiz və rahat olmasını düşünməlisiniz. Yaxşı olar ki, döşəmə taxtadan deyil, parketdən olsun, çünki taxta tez çirklənir və çətin təmizlənir. Döşəməyə xalça sərilməsi də uşaqlar üçün uyğun deyil. Çünki xalça toz və mikroorqanizmləri özünə çəkir ki, bu da müxtəlif mikrobik və allergik problemlərə yol açır. Ən idealı yuyulması və silinməsi asan olan döşəmə növlərindən istifadə etməkdir.
Ardı →