Nə üçün səhər tezdən durmalıyıq? | Erkən oyanmaq üçün 6 əla səbəb

Niyə səhər tezdən durmalıyıq?

Uğurlu bir həyat tərzi üçün  ediləcək ən əsas şeylərdən biri səhər tezdən durmaqdır. Araşdırmalar sübut edir ki, erkən oyanan insanlar gün boyu daha xoşbəxt,daha enerjili və məhsuldar olurlar.

Budur erkən oyanmaq üçün 6 əla səbəb...

1. Özünü kəşf et!

Uğur nə istədiyini bilən və bunun üçün ən doğru yolları kəşf edib əzmlə çalışanlara qismət olur. Uğurlu insanlar özünü kəşf edən, öz gerçək amal və arzularını bulan insanlardır. Bunun üçün edə biləcəyiniz ilk addım isə hər səhər erkən durmaq və özünüzə zaman ayırmaqdır. 
Bir çox insanlar diqqətlərini cəmləyə bilmədiklərinə görə arzu və məqsədlərinə çata bilmirlər. Gün ərzində nə edəcəyini müəyyən etməyənlər iş təlaşında nə edəcəklərini unuda bilərlər. Məlum olduğu kimi, beynimiz günün ilk yarısında daha səmərəli və nizamlı işləyir. Həyatınızı idarə etmək üçün bu müddətdən istifadə edin.


Davamı →

Oyan deyərək

Şair qəlbim səmalarda uçar oldu,
Bəxt ulduzu daim bizdən qaçar oldu,
Durub sordum nələr bitdi nələr oldu,
Susqun ürək dilə gəldi,gözlər doldu.

Dedi:«vətən»,«millət» deyə hayqıranlar
Tapdalayır bu torpağı «can» deyərək
Dönüb baxmır xalqa sarı demokratlar
Oyan xalqım, millətim «oyan» deyərək!


Ardı →