Hamiləliklə birgə koronavirus: Yenidoğulmuşlara yanaşma, ana südü, peyvəndlər haqda

Pandemiya dövründə əsas məqamlardan biri də hamilələr, yenidoğulmuşlar, süd verən analar, körpələrin virusdan qorunması, yoluxma riskinin minimuma endirilməsi ilə bağlıdır. Bununla bağlı günümüzdə bir çox suallar səslənir. Hamilələr virusa yoluxarsa, nə etmək lazımdır? COVİD-19-a yoluxmuş hamilə qadından doğulacaq körpənin infeksiyalaşma riski varmı? Virusa yoluxan qadın körpəyə süd verə bilərmi? Südlə körpəyə virusun keçməsi mümkündürmü? Pandemiya dövründə peyvəndlər edilməlidirmi?

Davamı →

Ədəbiyyat və viruslar

Karantin vaxtı gəldiyim qənaətlərdən birini ötən günlərdə sosial şəbəkələrdə paylaşmışdım, elə bilirəm, təkrarın ziyanı yoxdur: Pandemiya kimi fövqəladə hallarda cəmiyyətlərin hansı impulslara reaksiya verməsi, nəyə inanması özlüyündən gün üzünə çıxır. Bütün dünyada mübarizəni tibb işçiləri, alimlər, yəni elmin orbitindəki adamlar aparır, amma dünyanın hər yerində təhsilin və elmin yoxluğundan yaranmış boşluğu əsassız inanclar, konspirologiya və ucuz simvolika doldurur. İnsan anlamaq istəyir, amma bunu gerçəkləşdirmək üçün əlində elmin alətləri olmadığı üçün özündən “elm” uyduranlara inanır, içindəki boşluq iştahla, ağzı sulana-sulana “mənəvi qida” tələb etdikcə, günü-gündən şişən bu acıgöz boşluğu doyuzdura bilməyənlər keçmiş siyasi xadimlərin çıxışlarında, çağdaş jurnalların üz qabığında, Vanqanın, Nostradamusun sözlərində, cənub bölgəsindəki hər hansı mollanın xütbəsində, 30 il bundan qabaq çəkilmiş Hollivud filmində, çoxdan unudulmuş bir romanın təsadüfi bir paraqrafında özüyçün “yeməli şeylər” tapmağa məcbur qalır, bu “fast-food elm”lə, bu psevdo-həqiqətlə rahatlanır.

Davamı →

Atıb qaçanlardan olmamaq

Pandemiya sonrası – məişətimizdən tutmuş beynəlxalq münasibətlərə qədər olacaq dəyişikliklər barədə nüfuzlu alimlərin rəylərinin yer aldığı “Koronavirusdan sonrakı həyat” adlı əhəmiyyətli məqaləni oxumayanlara tövsiyə edirəm.
Mən isə yazımda müddəti bəlli olmayan izolyasiya dönəmində bir fərdin öz mikrodünyasına koronavirus sayəsində qazandırdığı təcrübə və emosiyalardan danışmaq istəyirəm.

Davamı →