Sirləri ifşa edənlər

paparassi  Əslində onlar 50-ci illərin sonlarında meydana çıxıblar. Şirin, xəyali həyatın episentrində — italyan kino ulduzları və digər vacib personaların yaşadığı Roma şəhərində. Foto kameralar varlıları və məşhurları bir dəqiqə belə obyektivin diqqətindən kənara qoymayaraq daimi gərginlikdə saxlayırdılar. Onlar Lambaretta və Vespa markalı motorollerlərində gəzirdilər. Misir kralı Fərruxu əsəb sarsıntısı keçirməyə, Anita Ekberqi oxla «atəş açmağa» məcbur etmişdilər. Riçapd Barton onları ölümlə hədələmişdi. Cekki Kennedi onları görəndə qorxurdu. Qalmaqalçı fotoqraflar üçün adı Federiko Fellini tapıb. Fellini onlardan birini «Şirin həyat» filminin personajına çevirərək Paparasso adını vermişdi. 
   
   Dahi rejissor «Şirin həyat» filmini məşhur jurnalist Ennio Flayanonun ssenarisi əsasında çəkib. Qəhrəmanını da uşaqlıq dostunun şərəfinə belə adlandırıb. Amma «paparassi» sözünün necə yaranmasına dair başqa bir versiya da mövcuddur — Guya Fellini bu adı XIX əsrdə yaşamış yazıçı Corc Qissinqin əsərindən götürüb. (Onun qəhrəmanı Kariolano Paparasso mehmanxana sahibi idi).
Ardı →