Paxıllıq həyatı necə zəhərləyir?

Mənfi emosiya olan paxıllıq insanı məhv edir. İlkin əlamətləri ünsiyyətdən sonra əhvalın pisləşməsi, qəzəbin, hətta depressiyanın yaranmasıdır. Paxıl insan özünü baxışları və davranışı ilə büruzə verir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, paxıllıq insanın sağlamlığına ciddi zərər yetirir. Belə ki, paxıllıq əsəb gərginliyinə səbəb olur, arterial təzyiqi qaldırır, həzm sisteminə və bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir. Bu hiss nəinki bədənə, insanın psixologiyasına da təsirsiz ötüşmür.
Davamı →

Paxıllıq sevinc gətirmir

Kiməsə paxıllıq etdiyimiz zaman fərqinə belə varmadan öz sağlamlığımıza zərər yetiririk. Bunun öhdəsindən gəlmək üçün tez bir zamanda tədbir görməliyik.

Kəskin paxıllıq məqamı — özünü dəyərləndirmə qabiliyyətinin faciəli şəkildə enmə anıdır. Özünüzü başqa insanla müqayisə edir və sizi sonsuz xoşbəxt edə biləcək nəyinsə onda olduğunun şahidi olursunuz.

Misal üçün, uğurlu evlilik arzusundasınız və birdən eşidirsiniz ki, ofisinizdəki qeydiyyat bölməsində oturan heç nə ilə nəzərə çarpmayan bir qıza yaraşıqlı, gənc iş adamı evlənmək təklif etmişdir. Bu xəbəri bildiyiniz anda qəlbinizdə əsl partlayış ola bilər: " Bu ədalətsizlikdir!", " Demək, mən ondan pisəm?", " Mənim həyatımda heç vaxt belə hadisəbaş verməz !."
Ardı →