Dadlı omlet

Tərkibi:
2 ədəd kartof,
1 ədəd yumurta,
1 çay qaşığı duz,
Holland pendiri dilimi,
Çox az qara bibər,
2 yemək qaşığı qədər maye yağ.

Hazırlanması:
Kartofların qabıqlarını soyub kub şəklində doğrayaq. Kartofları maye yağda qızardaq.

Qızaran kartofların üzərinə çırpılmış yumurta, duzu və qara bibəri əlavə edib bişirək. Sonra qazdan götürüb üzərinə pendir dilimlərini yerləşdirək. Daha sonra üzərini bir qapaq ilə bağlayıb pendirin əriməsini gözləyək.
Davamı →

Pendirli omlet

Ərzaqlar:
2 ədəd iri yumurta
1 çay qaşığı su
1 xörək qaşığı Westgold kərə yağı
Duz
İstiot
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Kaşar pendiri və ya Mozzarella pendiri
Xırda doğranmış cəfəri

Hazırlanma Qaydası:
Yumurtaları orta ölçülü kasanın içinə qırın. Su və zövqə görə duz əlavə edib çəngəllə bir necə dəqiqə ərzində qarışanadək çırpın.
Ardı →