Peyğəmbərimizin (s.a.v.) geyim tərzi

Hz.Peyğəmbər (s.a.v.) həmişə eyni cür paltar geyinməzdi.Ümumiyyətlə,geyindiyi paltar, köynək və şalvarı əvəz edən bir paltar idi.Corab geyinmə adəti yox idi.Amma Nəcaşinin göndərdiyi qara corabı geyinmişdi.Rəvayətə diqqət edildiyində,o corabın  dəridən olduğu anlaşılır.Sarığının ucu bəzən mübarək sinəsinə,bəzən də çiyinlərinin arasına düşərdi.Sarığı çox vaxt qara rəngdə olardı.Sarığının altında başına qoyduğu təkkə olardı.Ucu şiş təkkədən heç vaxt istifadə etməzdi.Bizi müşriklərdən fərqli göstərən,sarığın altına təkkə taxmağımızdır-deyə buyururdu.


Ardı →

Xidmətçi qızın sevinci

“Səadət Əsri” deyilən illər idi. Aləmlərin Əfəndisinin dünyanı şərəfləndirdiyi illər… Peyğəmbərimiz (s.ə.s) bir gün yolda gedərkən balaca bir qıza rast gəldi. Qız ağlayırdı. Əyilib mübarək əlləri ilə onun başını sığalladı və nə üçün ağladığını soruşdu. Gözlərindən yaş süzülən qız Onu görən kimi hıçqırıqlarını kəsdi və:

— Ey Allahın Rəsulu! Mən xidmətçi bir qızam. Sahibim un almaq üçün pul verdi. Ancaq mən onu itirdim. İndi evə necə gedəcəyəm? — dedi.

Peyğəmbərimiz un üçün lazım olan pulu verdi. Ancaq qız yenə də ağlamağa başladı. Niyə ağladığını soruşanda balaca qız:

— İndi evə gecikdiyim üçün sahibimin məni döyəcəyindən qorxuram, — deyə cavab verdi.
Ardı →

X iddia

X Iddia:
«Məhəmməd peyğəmbər haqqında Tövrat və Incildə heç bir xəbər yоxdur. Barnaba Incili isə saxtadır. hz. Məhəmməd bu səbəblərə görə peyğəmbər оla bilməz:
1.         Möcüzələri yоxdur;
2.         Sоnra gəlməsinə rəğmən hz. Məhəmməd,yəhudi və xristianların dediklərindən fərqli bir şey gətirməmişdir. halbuki оnun mənəvi baxımdan daha yüksək оlması lazım gəlirdi;
3.         Məhəmməd peyğəmbər (s.) günahsız (məsum) deyildir;
4.         Əfvedici və mərhəmətli deyildir;
5.            Bilavasitə özü „mən sadəcə ərəblərin peyğəmbəriyəm“ demişdir.
Cavab:
Barnaba Incilinin saxta оlduğunu, digər incillərin isə gerçək оlduğunu söyləmək gülüncdür. Barnabanın saxta, digərlərinin dоğru оlduğuna kim qərar verəcəkdir? Əgər Allah tək bir İncil göndərmişsə, о zaman digərlərinin batil оlması gərəkir. Amma оrtalıqda bir çоx İncil vardır və bunlar arasında məhz Barnaba Incilini saxta оlaraq qiymətləndirmək hansı məqsədi güdür?


Ardı →

İlk müsəlmanlar

Peyğəmbərdən sonra ilk müsəlmanlığı qəbul edən şəxsin kişiliyi barədə müxtəlif mülahizələr vardır. Bə’zi mənbələrdə ilk müsəlmanlığı qəbul edən şəxsin Xədicə, bə’zilərində isə Əli(ə) olduğu göstərilir. Lakin həzrət Mühəmməd (s)-in aşağıdakı kəlamını xatırlatsaq, həmin şəxsin kim olduğu sadə bir məntiqlə aydınlaşar: “Bu, yə’ni Əli(ə) mənə iman gətirən, məni təsdiqləyən və mənimlə namaz qılan ilk şəxsdir.” Həmçinin Əli(ə)-ın özü belə söyləmişdir: “Mən haqqa yetişən, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın rəsulundan başqa heç kəs məndən əvvəl namaz qılmamışdır.” Buradan belə mə’lum olur ki, ilk iman gətirən Əli (ə), sonra Xədicə olmuşdur. Onlardan sonra isə Zeyd ibn Harisə müsəlmanlığı qəbul etmişdir. Əfif Kəndi Peyğəmbər (s) zamanında belə bir hadisənin şahidi olmuşdu: O, parça və ətir almaq üçün Məkkəyə gəlir.



Ardı →