Pivə mayası

Pivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərkibində spirt yoxdur və bu səbəbdən pivə mayasını həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.

Cücərdilmiş buğda və mayaotundan hazırlanan pivə mayası tam təbii məhsuldur. Onun tərkibində bir çox faydalı vitaminlər (xüsusilə B qrupu vitaminləri) və minerallar var. Belə zəngin tərkibə görə pivə mayası orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu artırır, immun, sinir və mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

Pivə mayası stress, depressiya, yuxusuzluqdan əziyyət çəkənlər üçün çox faydalıdır — sakitləşdirir, yuxunu tənzimləyir, sinir sistemini möhkəmləndirir.
Davamı →