Plastik qablaşdırmanın sağlamlığa təsiri

Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onların nişanlaması bu qablaşdırma növləri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.
Plastik № 1 (PETE və ya PET) – polietilentereftalat. Plastikin ən çox yayılmış növüdür. Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. saxlanması üçün istifadə olunur. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən istifadə etmək yalnız bir dəfə olar. Təkrar istifadə vaxtı butulka və ya qutu təhlükəli maddə– ftalat ifraz edir (zəhərlidir, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər). Plastikin bu növündən Avropada və ABŞ-da uşaq oyuncaqları hazırlamaq qadağandır.
Davamı →

Plastmas qablar hamilələr və uşaqlar üçün təhlükəlidir

Amerika Mikrobiologiya Birliyi 2 illik araşdırmalarının nəticəsində bəyan edib ki, plastmas qablar və qaşıqlar hamilə qadınlar, körpələr və uşaqlar üçün təhlükəlidir.
Qurumun bəyanatına görə, qida plastikasının tərkibində olan Bisfenol A adlı maddə mədə-bağırsaq sisteminin mikroflorasını pozur, təhlükəli birləşmələr əmələ gətirir.
Bisfenol A ötən əsrin 60-cı illərindən sənayedə istifadə olunan kimyəvi maddədir.
Davamı →