Plovun yaranma tarixindən

Plovun yaranma tarixindən danışarkən, ilk-öncə düyüdən başlamaq lazımdır. Çünki plovun hazırlanmasında düyü əsas yer tutur.

 Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır. Orta Asiyada 2,5 min il bundan əvvəl düyüdən istifadə olunmuşdur.

Düyü nəmişlik sevən bitkidir. Qədim zamanlarda kəndlilər düyünü  ancaq sulu torpaqlarda, bataqlıqlarda becərirdilər. Sonralar çox suvarılan yumşaq torpaqlarda da düyü becərməyə başladılar. Orta Asiyada isə bü cür torpaqlar əvvəllər çox idi.


Ardı →