Ədəbiyyat bir elmdir, yoxsa əfsanə?

Avropada ərəblərin «Min bir gecə» əfsanələrini alıb oxudular və «Robinzon», «Don Kixot» kimi əsərlərlə birlikdə böyük bir ədəbiyyat yaratdılar. İslam dünyası isə nə yazıq ki, cəbr, coğrafiya, dil və ədəbiyyat üzərində başlatmış olduğu ciddi çalışmaları yarıda buraxaraq hamısını əfsanəyə döndürdü. Bu üzdən də həm ədəbiyyatda, həm də texnolojidə geridə qaldı.

Davamı →

Aydın Əlizadə: Əski və çağdaş zamanda söz çəkişmələri.

Sözlə çəkişmələr, fikirlərin çəkişməsi, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, tərifləri verilmişdir. Çəkişmələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşdi kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli vəya qətlə yetiirilməli idi. Çəkişmələri uduzan tərəfin ardıcılları da təqib olunurdular.Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir. Burada artıq təkcə dini deyil, həm də dünyəvi problemlər haqqında çəlişmələrə yol verilirdi. Burada ilk dəfə olaraq, ontoloji, antropoloji, siyasi, iqtisadi və s. problemlər müzakirə obyekti olmuşdur. Daha sonra orada fəlsəfi məktəblər yaranmışdır.


Ardı →