3.7. Marketinq-keys: Heinz

Portfel nəzəriyyəsi kompaniyanın geniş spektrli fəaliyyət növləri və ayrı-ayrı məhsul bazarlarında uyğun iş strtategiyaları arasında əlaqə yaradır. Onlar, məhsullar bazarında kompaniyanın bütün növ fəaliyyətlərinin strukturunu nəzərdən keçirməyə imkan verən, onların qarşılıqlı əlaqələri haqqında nəticələr çıxaran və bu fəliyyət növlərinə uyğun gələn strate­giya­lar düşünməyə şərait yaradan metodları təqdim edir.


Ardı →

3.6 Resurslar portfeli

SBU, bölmə və ya məhsul portfelinin nəzərdən keçirilməsi ilə yanaşı, müasir dövrdə bir çox təşkilatlar diqqətlərini öz resurslarının və səriştə növlərinin planlaşdırılmasına yönəldirlər. 1990-cı illərdə strateji düşün­cənin kifayət qədər aparıcı mövzusuna çevrilmiş resurslar baxımından təşkilata yanaşma (RBV) (6-cı fəsil) (bax Grant, 1995, bu metodun mükəmməl izahı) firmanın səriştə növlərinin inkişafını, həmçinin onun məhsullarını və onların idarə edilməsini ön plana çəkir.


Ardı →

3.5. PORTFELİN TƏHLİLİNİN MALİYYƏ NƏZƏRİYYƏSİ

Markoviç (Markowitz, 1952 ) tərəfindən irəli sürülən orta variant qay­dası maliyyəçilərin əhəmiyyətli dərəcədə yuxarıda təsvir etdiyimiz modellərdən fərqlənən metod hazırlamasına səbəb oldu. Bu metod daha çox Fond birjasında investisiya layihələrinin öyrənilməsi üsulu hesab edilsə də, kompaniya səviyyəsində kifayət qədər etibarlı olan təhlilə çevrildi.
Əsas kapitalın qiymətləndirilməsi modeli (Capital Asset Pricing Model, CAPM) Markoviç nəzəriyyəsinin resursların bölüşdü­rülməsi qərarı barəsində  portfelə tətbiqinə əsaslanır. Bu modelin diqqət mərkəzində müəyyən risk səviyyəsində investisiyadan əldə edilməli olan mənfəət norması durur. Əsas prinsip qrafiki formada şəkil 3.10-da təsvir olunub.


Ardı →