Psixopatı necə tanıyaq?

Psixopatlar hamının düşündüyü kimi dəli, ruhi xəstə deyil. Aramızda bizə normal görünən, əslində isə psixopat olan insanlar var.

Psixoloq Sergey Pustovoytov psixopatların xarakteristikasını açıqlayıb.
Yalançılıq, özünə aşıqliq, ürəksizlik, insafsızlıq, rəhmsizlik, eləcə də hər kəsi öz mənafeyi naminə aldatmaq psixopatların əsas əlamətləridir.

O, qeyd edib ki, tibdə psixopat termini yoxdur, bu antisosial şəxsiyyət pozuntusudur.
Psixologiyada bu pozuntular altında narçisizm, makiavellizm və psixopatiya qrupu daxil edilib.
Hazırda gənclər arasında xarakter və davranış modelində bu üçlük liderdir. Xalq dilində bu şəxsiyyət pozuntusunu bu 3 sözlə ifadə etmək olar: "ürəksiz", "İnsafsız", «Vicdansız».
Belə insanların həyatd devizi dərhal sezilir: Hər şeyin yaxşısı mənim üçün.
Özü üçün ən yaxşısını əldə etmək üçün o canavara çevrilir, istənilən qəddarlığı göstərə bilər. Psixopatiya psixi xəstəliklə psixi sağlamlıq arasında bir bağlılıq olan insan xarakterinin qazanılmış və ya anadangəlmə patologiyasıdır.


Davamı →

Ruminasiya pozğunluğu nədir?

Ruminasiya nədir onu necə aradan qaldırmaq olar ?
Bu psixoloji gərginliyin çıxış yolu nədədir ?


Ruminasiya pozğunluğu nədir?

Tibb ədəbiyyatında ruminasiya anlayışının uzun tarixi yoxdur. Konsepsiya ilk dəfə 1960-cı ildə Obsesif Kompulsif Bozukluğu (OKB) ilə bağlı tədqiqatlar zamanı təqdim edilmişdir. Bundan sonra 1970-ci illərdə ruminasiya pozğunluğunun nə olduğu ilə bağlı müxtəlif təriflər verildi. Bu təriflərə görə, ruminasiya pozğunluğu insanın ağlından heç vaxt çıxa bilməyən, təkrarlanan və obsesif olan mənfi düşüncələrdir.


Davamı →

Psixi xəstəliklər və sənət

Psixi xəstəliklərlə sənət arasındakı əlaqə son illər ən çox araşdırılan mövzulardandır. Birinci növbədə bilinməlidir ki, heç bir xəstəlik tam olaraq sənətə və ya ədəbiyyata meyilliliyin göstəricisi ola bilməz. Ancaq buna təsir edə bilər.

Belə ki, araşdırmalarla da təsdiqləndiyi kimi sənət və psixi xəstəliklər arasında əlaqə mövcuddur. Hətta sənət, fəlsəfə, ədəbiyyat kimi sahələrdə qabiliyyət ilə psixi xəstəliklərin eyni gendən başlanğıc götürdüyünü vurğulayan nəzəriyyələr vardır. Və bu genlər bəzi insanlarda şizofreniya bəzilərində maniakal depressiv psixoz kimi özünü göstərir. Faiz göstəricisi ilə 25% şizofren valideynlərdən doğulan uşaqların yüksək zəka və yaradıcı olmaları mümkündür. Ancaq yenə də bu nəticələr mütləq doğru olaraq qəbul edilməməlidir.

Lakin bilindiyi kimi, şizofreniya xəstələri nitqi yaxşı istifadə edə bilmirlər, və istər qavrama pozuntularının səbəb olduğu halusinasiya və illuziyalar istərsə də psixi avtomatizmin təsiri ilə şəkil dili yəni təsvir qabiliyyətləri fantaziya və təfəkkürləri digər insanlarla müqaisədə daha genişdir. Yəni xəstəliyin təməlində nitqlə əlaqə probleminin olması xəstələri rəsmə asanlıqla yönləndirir.
Davamı →

Psixoloq

Psixoloqa gedən adam,
-«Gecələri yata bilmirəm cənab» demiş, "'elə- hey yatağın altında biri var kimi gəlir mənə. Yatağın altına girib orada yatmağa başlayıram. Bu dəfə də yatağın üstündə biri var kimi gəlir mənə ..."
Adamı diqqətlə dinləyən psixoloq:
— «Həll edərik bunu» demiş. «Yanıma həftədə iki dəfə gələcəksiniz. 6 aylıq bir müalicənin sonunda sizi yaxşılaşdıracağıma ümid edirəm.»
-«Hər baş çəkməyə nə qədər ödəyəcəyəm?»
Ardı →

Fanatlıq xəstəlikdir

Məktəb vaxtı qızlar “xatirə” dəftəri tutardılar, hansı ki, bu dəftərdə sullar olardı ki, rəfiqələr, tanışlar, sinifyoldaşları onları cavablandırsın. Burdakı suallardan biri də bu idi: Kumiriniz kimdir?

Bəli, belə baxanda “kumir”, “fanat” məsələsi adi bir məsələ kimi görünür, amma, əslində hər şeydə olduğu kimi, burda da, əgər, bir hal öz cığırından çıxırsa, demək ki, bu artıq qeyri-nomal bir haldır.
Fanatizm- tutulmadır. Bu, elə bir mübtəlalığdır ki, bu tutulmanı bir çox yerlərdə müşahidə etmək olar. Əslində həddini aşmış fanatlıq psixi narahatçılığa işarədir.


Ardı →