Qüds sindromu

Qüds sindromu — qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur. Əlamətləri bunlardır:- dini məzmunlu sayıqlamalar- ağ paltar geyinmə- saçı, saqqalı, dırnağı tez-tez səliqəyə salma, tez-tez yuyunma, moizələr oxuma. Eyni zamanda sindromun yaşanma forması 3 cürdür:
I Özünü müqəddəs bir xilasedici, peyğəmbər kimi görmə. Məs: Hz.İsa, Hz.Musa və s. Ən çox Hz.İsa olduğunu, yenidən zühur etdiyini deyənlər qeydə alınıb.
II Ziyarət edərək özlərinin günahlardan arınaraq təmizləndiyini, batininin nurlanaraq aydınlandığını, kamil bir şəxs olduğunu düşünərək insanlara hidayət olunmaqda kömək etmək istəyənlər.
III


Davamı →

Fantom zəng sindromu

Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar. Aydın olmuşdur ki, şəxsi əşyalardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir. Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir. Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür. Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun tələbələri 300 nəfəri dərindən incələmişlər.


Davamı →