Qısqanclıq – partnyorla ayrılmağa hədəflənmiş davranış tərzidir

Bert Antuan Hellinger (16 dekabr 1925, Laymen, Almaniya) alman filosof və psixoterapevtdir. O özünün “ailə tənzimlənməsi” kimi adlandırılan qısa müddətli terapevtik metodu ilə məşhurdur. O 2007-ci ildən etibarən özünün Hellinger Sciencia adlanan məktəbini təsis etmişdir.

Uğurun siması Anadır!

Cinsimizdən asılı olmayaraq sevdiyimiz şəxsin gözlərində anamızın gözlərini axtarırıq.

Qəzəb – xəyal qırıqlığıdır. Həyat yoldaşına qəzəb – ana ilə bağlı xəyal qırıqlığıdır.
Davamı →

Psixoloq, psixiatr, psixoterapevt kimdir?

İnsan, psixoloji narahatlıq yaşadıqda və bununla bağlı mütəxəssisdən yardım almaq qərarına gəldikdə kimə müraciət edəcəyi ilə bağlı müəyyən tərəddüd hissi keçirir. Bu məqaləni oxuyaraq yaranan suallara cavab tapa bilərsiniz.

Psixoloq: psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir sahəsi yoxdur. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələridir.
Davamı →

Psixoterapevt

Psixoterapiya — xəstənin psixikasına məqsədyönlü, planlı təsirdir. Onun məqsədi xəstənin bədənində gedən prosesləri onun sağalması üçün dəyişdirilməsidir. Psixoterapiya dərman terapiyası, cərrahi müdaxilə, müalicəvi idman, pəhriz qidalanma və s. yanaşı müalicəvi prosesin elementlərindən biridir. Sinir-psixi əsasda yaranmış xəstəliklərin müalicəsində əsas müalicə üsuludur, digər xəstəliklər zamanı isə yardımçı üsuldur. Mütəxəssislərin fikrincə, terapevtdən və digər həkimlərdən müalicə alan xəstələrin də psixoterapevtə ehtiyacı var. Ona görə də psixoterapiya həkim ixtisası içərisində ən geniş fəaliyyət göstərən həkim olmalıdır. Psixoterapiya həkim ixtisası kimi 1985-ci ildə təsdiq olunmuşdur: həkim-psixoterapevtlərin geniş miqyasda hazırlanması indiyə kimi qaydaya salınmamışdır, hətta iri şəhərlərdə psixoterapevtlər tək-tükdür.


Ardı →