Çiyələkli pudinq

Tərkibi:
500 qr çiyələk
4 stəkan süd
2 stəkan şəkər tozu
1 çay qaşığı kərə yağı
2 çay qaşığı nişasta
1 xörək qaşığı limon likörü
1 paket vanil
1 ədəd yumurta sarısı. 

Hazırlanma qaydası:
Südü bi qazana tökün. Ardınca çiyələkləri də əlavə edib 10 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirin. Şəkər tozu və yağı da töküb 5 dəqiqə qaynadın.

Nişastanı qatıb qatılaşana qədər gözlədikdən sonra isə likör, vanil və yumurta sarısını da əlavə edin. Pudinqi hazırladığınız qazanı su ilə dolu başqa bir qazanın içinə qoyun. 30 dəqiqə qaynadıb pudinqi çiyələklərlə bəzəyin.
Davamı →

Bananlı pudinq

Tərkibi:
1 stəkan süd
Yarım banan
2 yemək qaşığı düyü unu
2 yemək qaşığı şəkər tozu

Hazırlanması:
Soyuq süd, şəkər tozu və düyü unu qarışdırılır. Sonra orta odda davamlı olaraq tam qatışana kimi qarışdırılır.

Oddan götürüb üzərinə çəngəllə əzilmiş banan qatıb uşağa qaşıqla yedirin. Nuş olsun!
Davamı →

Puding

Tərkibi:
5 xörək qaşığı un 
5 xörək qaşığı kakao 
1 litr süd 
1 st. şəkər tozu 
1 paket vanil 
2 yumurta 
100 qr. marqarin 

Hazırlanması:
Əvvəlcə marqarindən başqa hər şeyi qarışdırıb bişiririn, daha sonra isə içinə marqarin əlavə edib mikserlə çalın. Puding hazırdır. Nuş olsun!
Davamı →

Vişnəli pudinq

Tərkibi:vişnəli pudding
1 lt süd
3 yemək qaşığı düyü unu
1 stəkan şəkər tozu
1 yemək qaşığı kakao
1 yemək qaşığı nişasta
1 paket vanil
1 yemək qaşığı yumşaq marqarin
1 stəkan hazır vişnə sousu

Hazırlanması:
Dərin bir qazana südü tökün. Şəkər tozu, düyü unu ,kakao, nişasta və vanili əlavə edin. Orta dərəcədə qarışdıraraq tündləşənə qədər bişirin.
Pudinqi ocaqdan götürməmişdən əvvəl marqarini əlavə edib qarışdırın. Pudinqi götürüb ilıq olmağı üçün gözləyin. Sonra vişnə sousunu əlavə edib mikserlə 2-3 dəq çırpın. Sonra soyuducuya qoyun. Soyuduqdan sonra süfrəyə verin. Nuş olsun.

 


Davamı →